Fransa parlament seçkiləri: İkinci dövrədə seçici fəallığı kəskin düşüb

Emmanuel Macron and his wife, Brigitte Trogneux, riding bikes near their home on Saturday Fotonun müəllifi Reuters
Image caption Emmanuel Macron və həyat yoldaşı Brigitte Troneux şənbə günü velosiped sürüblər.

Fransa parlament seçkilərinin ikinci dövrəsində seçici fəallığı kəskin şəkildə aşağı düşüb, rəsmi rəqəmlər göstərir.

Bazar günü günortayadək yalnız seçicilərin 17,75 faizi səs verib. 2012-ci il parlament seçkilərində bu rəqəm 21,41 faiz idi.

İkinci dövrə seçkiləri keçən bazar günü keçirilən birinci dövrədə ən çox səs toplayan namizədlər arasında keçirilir.

Prezident Emmanuel Macron vəd etdiyi islahatları icra etmək üçün parlamentdə güclü mandat qazanmaq istəyir.

Onun La Republique en Marche (Hərəkətdə olan Respublika) partiyası və müttəfiqi Demokratik Hərəkat (MoDem) partiyasının səslərin çoxunu toplayacağı gözlənilir.

Ənənəvi partiyalar hakimiyyətin prezidentin əlində inhisarlaşmaması üçün seçicilərə cənab Macronun rəqiblərinə səs verməyi tövsiyə edirlər.

Cənab Macron-un partiyası yalnız bir il əvvəl yaradılıb. Partiya namizədlərinin bəzilərinin heç bir siyasi təcrübəsi yoxdur.

Partiyanın namizədləri arasında tələbələr, təqaüdçülər və hətta bir torero (öküzdöyüşdürən) da var.

Bir siyasi partiyanın parlamentə nəzarət edə bilməsi üçün 577 yerdən 289-u lazımdır.

Proqnozlara əsasən cənab Macronun partiyasının 400-dən artıq yer tutacağı gözlənilir.

Əlaqəli mövzular

Bu barədə daha geniş