Məhşur ABŞ müğənnisi Beyonce-nin ekizləri doğulub

Grab of Beyonce's Instagram post with picture of her and the announcement Fotonun müəllifi Beyonce/Instagram
Image caption Beyonce hamiləliyini fevral ayında Instagram sosial şəbəkəsində bəyan edib.

ABŞ mətbuatı məhşur pop ifaçısı Beyonce-nin ekiz doğduğunu deyib.

Entertainment Weekly, Us Weekly və People jurnalları xəbəri təsdiqləyiblər. Lakin körpələrin doğum günü və cinsləri hələ ki, məlum deyil.

Repper Jay-Z-lə evli olan Beyonce hamiləliyini Instagram sosial şəbəkəsində fevral ayında bəyan edib. Onun paylaşdığı şəkil şəbəkənin tarixində ən çox bəyənilən şəkildir.

Cütlüyün bir qızı var - 5 yaşlı Blue İvy.

Beyonce və Jaz-Z doğumu hələ rəsmən təsdiqləməyiblər.

Beyonce-nin sosial şəbəkələrdə paylaşdığı digər şəkillərdə onun su altında üzməsini, qızılgül çarpayıda uzanmasını və güllərdən ibarət taxta oturmasını təsvir edir.

Fotonun müəllifi Beyonce.com
Image caption Blue Ivy bir neçə şəkildə anası ilə birlikdə çəkilib.
Fotonun müəllifi Beyonce.com
Image caption Paylaşdığı şəkillərin atlında yerləşdirdiyi mətnlərdə Beyonce Afrikalı su, sevgi və məhsuldarlıq ilahəsi Osun barədə şərh yazıb.

Ekizlərin doğumu barədə şayiələr cümə günü bir qadının əlində "B + J" yazılmış kardla Los Angeles xəstəxanasına girməsindən sonra başlayıb.

Beyonce Grammy mükafatlarının tarixində ən çox nominasiya qazanan müğənnidir. Onun "Lemonade" adlı albomu 2016-cı ildə dünyanın ən çox satılan müsiqi albomu idi.

Aprel ayında onun California-da keçirilən Coachella müsiqi festivalında çıxış edəcəyi gözlənilirdi. Lakin o, həkiminin tövsiyəsinə qulaq asaraq festival çıxışını ləğv edib.

Əlaqəli mövzular

Bu barədə daha geniş