Şəkillərdə: London Finsbury Park hücumu

İyunun 18-dən 19-na keçə gecə Londonun şimali Finsbury Park ərazisində bir furqon avtomobili məscidin yanından keçən insanları səkidə vuraraq bir nəfəri öldürüb və 10 nəfərə xəsarət yetirib.

Hadisə gecə yarısından bir az sonra, Müsəlman Rifah Evinin önündə, Finsbury Park məscidinə yaxınlıqda baş verib. 48 yaşlı kişi furqonu səkiyə sürərək əksəriyyəti məsciddə namaz qılıb çıxan piyadaları vurub.

Hücumu törədən şəxs həbs edilib.

Fotonun müəllifi Getty Images
Image caption Furqon şimali Londonda Seven Sisters küçəsində yerləşən Finsbury Park Məscidinə yaxın Müsəlman Rifah Evinin önündən keçən piyadaları yerli vaxtla gecənin yarısından bir az sonra vurub.
Fotonun müəllifi Reuters
Image caption Vurulanların əksəriyyətinin ifratdan sonra namaz qılıb evlərinə qayıdanlar olub.
Fotonun müəllifi Getty Images
Image caption Şahidlərin sözlərinə görə, furqonun sürücüsü "bütün müsəlmanları öldürmək" istədiyini deyib.
Fotonun müəllifi Getty Images
Image caption Hücumdan sonra bəzi sakinlər küçədə namaz qılıblar.
Fotonun müəllifi Getty Images
Image caption Hücum Ramazan bayramını qeyd edənlərin ərazidə olduğu vaxt baş verib.
Fotonun müəllifi Getty Images
Image caption Polis qısa müddətdə əraziyə qəlib.
Fotonun müəllifi PA
Image caption Polis hücumun terror aktı kimi qiymətləndirildiyini bildirib.

Əlaqəli mövzular

Bu barədə daha geniş