Virginia ştatında məsciddən çıxdıqdan sonra itən qızın cəsədi tapılıb

Picture of the teenager who disappeared after incident in Virginia Fotonun müəllifi Facebook - Isra Chaker
Image caption Dostları Nabra adı ilə tanınan qızın şəkilini paylaşıblar

ABŞ-ın Virginia ştatında bir məsciddən çıxdıqdan sonra itkin düşən müsəlman qızın cəsədinin qalıqları tapılıb, yerli polis bildirib.

Qohumları tərəfindən verilən məlumata asasən, yeniyetmə qız sadəcə Nabra adı ilə tanınır. Deyilənlərə görə, Nabra dostları ilə Herndon şəhərində gəzərkən bir sürücü ilə mübahisəyə girib.

Sürücü kişi avtomobilindən düşərək ona hücum edib və bundan sonra Nabra itkin düşüb, polis bildirib.

Qətldə ittiham olunan 22 yaxşlı şəxs artıq saxlanılıb.

Hücumun səbəbi hələ ki, məlum deyil. Lakin polis bunun nifrətdən mənbələnən hücum olması ehtimalını araşdırır.

Washington Post qəzeti yazır ki, Nabra 3-4 başqa yaşıdları ilə Ramazan bayramını qeyd edərək məsciddə namaz qıldıqdan sonra fastfud restoranına yeməyə gedib.

Yerli vaxtla təxminən saat 04:00-da bir sürücü ona və dostlarına küçədə sataşıb.

Fotonun müəllifi Fairfax Police
Image caption Polisin məlumatına əsasən hadisənin baş verdiyi yer.

Onlar bir məscidə tərəf qaçıb, lakin qalmaqalda Nabra geridə qalıb və sonra itkin düşüb.

Polis bildirib ki, axtarış zamanı Darwin Martinez Torres adlı şəxs ərazidə avtomobilini şübhəli sürdüyünə görə saxlanılıb. Daha sonra polis onu qətl törətməkdə ittiham edib.

Yerli vaxtla saat 15:00-da polis hadisə yerindən 5 kilometr uzaqlıqda yerləşən gölməçədə insan qalıqlarının tapdıldığını bəyan edib.

Fotonun müəllifi Fairfax County Police Department
Image caption Polis Darwin Martinez Torres-i qətl törətməkdə ittiham edib

Yerli media qalıqların yanında bir beysbol bitasının da tapıldığını deyib.

Qalıqların kimliyini və şəxsin necə və nədən ölməsini aydınlaşdırmaq üçün tibbi müayinə aparılacaq.

Əlaqəli mövzular

Bu barədə daha geniş