Suriya: Dağıntılar arasında iftar süfrəsinə qatılanlar

Mühasirə şəraitində yaşayan Duma şəhərinin sakinləri iftar süfrəsi arxasında. Duma, Suriya, 17 iyun 2017. Fotonun müəllifi European Photopress Agency
Image caption Mühasirə şəraitində yaşayan Duma şəhərinin sakinləri iftar süfrəsi arxasında

Sosial şəbəkələrdə Suriya paytaxtı Dəməşq yaxınlığında yerləşən Duma şəhəri sakinlərinin iftar süfrəsinə dağıntılar arasında qatıldığını əks etdirən fotoşəkil şəbəkələrdə yayılıb.

İftar süfrəsini Suriyanın Adaleh Fondu təşkil edib. Bu fond 2012-ci ildə üsyançıların nəzarətində olan Şərqi Quta əhalisinə humanitar yardım göstərmək məqsədilə təsis edilib.

Fond tərəfindən qrup şəklində yeməklər Ramazan ayının son 10 günü ərzində təşkil olunacaq.

Fotonun müəllifi European Photopress Agency
Image caption Şəkillər, "Ölüm təhlükəsinə baxmayaraq Dumada həyat davam edir" kimi şərhlərlə Twitter-də paylaşılıb

"Adi vaxtda bayırda belə bir süfrə təşkil etməyə ehtiyatla yanaşardıq. Lakin vəziyyətin de-eskalasiyasına yönəlmiş son razılaşmanı nəzərə alaraq, bundan istifadə etmək qərarına gəldik", - humanitar fondunun Türkiyə şöbəsinin rəsmisi BBC-ə bildirib.

Münaqişə nəticəsində kəskin inflyasiyaya görə Suriyada ərzaq olduqca bahalaşıb.

İftar üçün yeməklər Şərqi Qutada hazırlanaraq Dumaya gətirilib, rəsmi bildirib.

Duma şəhəri dördüncü ildir ki, mühasirə şəraitində yaşayır.

2016-cı ilin oktyabr ayından sonra ilk yardım karvanı Duma şəhərinə ötən ay gəlib çıxıb.

Son illər ərzində Duma ətrafı ərazilərə üsyançı Ceyş əl-İslam qrupu nəzarət edir.

Bu ərazi dəfələrlə Suriya ordusunun hücumuna, hava zərbələrinə, havadan atılan çəllək bombalarına məruz qalıb.

Sakinlərdən birinin sözlərinə görə, iftar süfrəsində bir neçə yüz sakin iştirak edib.

İxtisasca tibbi texnoloq olan həmin şəxs çəkdiyi fotoşəkilləri "Ölüm təhlükəsinə baxmayaraq Dumada həyat davam edir" başlığı altında Twitter-də yayıb.

Twitter istifadəçilərindən biri həmin şəkillərə belə yazı əlavə edib: "Qəhrəmanların iftarı".

"Bütün çətinliklərə baxmayaraq, bu insanlar üçün həyat davam edir. Onlar mətanət nümunəsidir", - başqa biri əlavə edib.

Fotonun müəllifi AFP/Getty Images
Image caption Bu ərazi dəfələrlə Suriya ordusunun hücumuna, hava zərbələrinə məruz qalıb.

Məşhur suriyalı jurnalistlər, Hadi Abdullah və Londonda mənzillənən Musa əl-Omər də daxil olmaqla, iftar süfrəsinin iştirakçılarına can sağlığı arzulayıblar.

Şəkillərə internet şəbəkələrində milyonlarla istifadəçi reaksiya verib.

Fotonun müəllifi AFP/Getty Images
Image caption İftar üçün yeməklər Şərqi Qutada hazırlanaraq Dumaya gətirilib, rəsmi bildirib.

Bəzi izləyiçilərin şərhlərindən eləcə də məlum olub ki, iftar süfrəsinə qatılan uşaqlar arasında valideynlərini itirmiş yetim uşaqlar da var.

Bu barədə daha geniş