Finsbury Park: Londonda köçkünlərin və fəhlə sinifinin yaşadığı səmt

Finsbury Park Fotonun müəllifi EPA

Finsbury Park-da təravih namazından (Ramazanda qılınan namaz) çıxan zaman yük avtomobilinin müsəlmanların üzərinə sürülməsi nəticəsində bir nəfər həlak olub.

Finsbury Park Londonda əlcəzairlilər başda olmaqla, çoxlu sayda fərqli mənşələrdən olan insanlara ev sahibliyi edən bir səmtdir.

Səmtin tanınan məhşurları isə Böyük Britaniyanın müxalifətçi Fəhlə Partiyasının lideri Jeremy Corbyn və ölkənin irəlidə gedən futbol klublarından olan Arsenal-dır.

Jeremy Corbyn 1983-cü ildən bu günə qədər İslington North səmtindən millət vəkili seçilir.

Fəhlə sinfi əhalisinə sahib olan Finsbury Park da bu seçki bölgəsində yer alır.

Arsenal klubunun oyunları keçirilən zaman Finsbury Park küçələri və barları, qatar və metro stansiyalarından Emirates stadionuna qədər minlərlə tərəfdarla dolu olur.

Image caption Finsbury Park metro və qatar stansiyasının məlumat nöqtəsində stansiya işçiləri mesaj yazıblar: "Çətin vaxtlar yox, möhkəm insanlar uzunmüddətlidir. Biz hamımız birliyimizi qorumalıyıq - (imzalanıb) Finsbury Park London Metro stansiyası əməkdaşları, Britaniya Nəqliyyat Polisi və Təcili Yardım Xidmətləri"

"Balaca Əlcəzair"

Finsbury Park 1990-cı illərdə radikal din adamı Abu Hamza-nın ucbatından pis bir məhşurluq qazanmışdı.

Lakin daha sonra həmin ərazidəki məscidin yeni rəhbər heyəti vəziyyəti dəyişdirməyə cəhd etdilər.

Bu ərazi eyni zamanda Londonda yaşayan əlcəzairlilərin mərkəzi sayılır.

"Balaca Əlcəzair" deyə tanınan Blackstock meydanı . kafe və restoranlarla doludur.

Finsbury Park daha əvvəllər irlandıyalı köçkünlərin ilk ayaq basdıqları yerlərdən biriydi.

Özünə məxsus xarakteri olan və əraziyə adını verən Finsbury Park yaşıllıqlarla əhatə olunmasına baxmayaraq Londonun ən cazibəli yerlərindən biri deyil.

Lakin bu səmt zəngin keçmişə sahibdir.

Məscidin lap qarşısındakı qədim zamanların əfsanəvi rok səhnəsi olan Rainbow Teatrı The Who, Pink Floyd, David Bowie ve Bob Marley kimi məhşurlara ev sahibliyi edib.

Əlaqəli mövzular

Bu barədə daha geniş