ABŞ: Təcavüzçülərə sosial şəbəkələrdən istifadə etməyə icazə verilib

Человек за компьютером Fotonun müəllifi PA

ABŞ Ali Məhkəməsinin hakimləri yekdilliklə seksual xarakterli cinayətlərdə mühakimə olunan şəxslərin sosial şəbəkələrdən, o cümlədən Facebook-dan istifadəsini qadağan edən Şimali Carolina ştatı qanununu Konstitusiyaya zidd olmasını təsdiqləyiblər.

Seksual cinayətlər törətmiş şəxslərin siyahısına daxil olan iddiaçı Gerard Packingham məhkəməyə müraciət edib.

Buna səbəb isə Packhingham-ın sosial şəbəkələrdə paylaşımlar edərək bu qanunları pozması olub.

Gerard sosial şəbəkədə maşını düzgün "parkovka" etmədiyi üçün cərimədən necə yayındığını yazıb.

"Heç bir cərimə, heç bir məhkəmə xərci ödəmək lazım gəlmədi.. Şükr Allaha!"

Məhz Facebookda bu paylaşıma görə, polislər tərəfindən həbs olunan Gerard şərti cəza alıb.

ABŞ kütləvi informasiya vasitələrinin yazdığına görə, amerikalı bu qanunları ədalətsiz adlandıraraq söz azadlığı hüquqlarının məhdudlaşdırılması şikayətilə məhkəməyə müraciət edib.

Packingham siyahıya 2002-ci ildə, 21 yaşı olan zaman daxil olub. Həmin vaxt o, azyaşlı ilə seksual əlaqədə müqəssir elan olunub.

2008-ci ildə Şimali Carolina-da qəbul edilən bu qərar seksual cinayətlərdə ittiham olunan məhkumlara yetkinlik yaşına çatmayanlara qeydiyyatdan keçməyə icazə verən sosial şəbəkələrdən istifadə etməyi qadağan edir.

Nəticədə isə Ali Məhkəmə amerikalının maraqlarını müdafiə edərək qanunun həqiqətən söz azadlığını məhdudlaşdırmaqla çox uzağa getdiyini bildirib.

"Şimali Carolina bir zərbə ilə bir çoxları üçün baş verən hadisələr barədə əsas informasiya mənbəyi olan, iş barədə elanlar olan, ünsiyyət yaradan, insan fikirləri və bilikləri barədə geniş tədqiqatlar olan bir şəbəkəyə girişi qadağan edir," - deyə hakimlərdən biri bildirib.

Beləliklə, məhkəmənin qərarına əsasən buna bənzər qanun o zaman Konstitusiyaya uyğun ola bilər ki, bu qanun cinayət meyarlarını daha aydın müəyyən etsin. Məsələn, məhz yetkinlik yaşına çatmayanlarla sosial şəbəkələrdə ünsiyyətin qadağan edilməsi kimi.

Əlaqəli mövzular