Mourinho "vergi fırıldaqçılığı"nda ittiham edilir

Jose Mourinho Fotonun müəllifi Getty Images

Manchester United futbol komandasının meneceri Jose Mourinho İspaniya tərəfindən "vergi fırıldaqçılığı"nda ittiham edilib.

Bu, onun Real Madrid komandasına menecerlik etdiyi zaman fəaliyyətilə əlaqəlidir.

O, 2011 və 2012-ci illər arasında 6.26 milyon manat (3.3 milyon avro) vergidən yayınıb, prokurorlar deyirlər.

Mourinho bu ittihamlarla bağlı açıqlama verməyib.

Bundan əvvəl İspaniyada Lionel Messi oxşar ittihamla 21 aylıq həbs cəzası alıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş