Otto-nun Şimali Koreya tətili: həbs, türmə və koma

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Otto-nun həbsindən əvvəl çəkdiyi son videosu

Şimali Koreyada şaxtalara baxmayaraq bu video rolikdə şənlik və sevinc hissləri əks olunub.

Otto Warmbier digər turistlərlə birgə qartopu düzəldərək onu insanlara tərəf tullayır. Onların bu qayğısız əyləncə anları lentə alınıb. Otto ürəkdən gülümsəyərək sağa baxır və gülür.

"Bu Otto-dur, mən onu necə taniyiramsa elə də sevirəm. O, mənim qardaşımdır ", - deyə bu video roliki yayımlayan Ostin Warmbier yazır.

Bu video rolik 2015-ci ildə Otto-nun Şimali Koreyaya üç günlük səfəri zamanı lentə alınıb. İki ay sonra Otto-nun yeni videosu çıxacaq. Amma bu dəfə başqa vəziyyətdə.

Əlində hazırlanmış "izahat" tutan və başı sinəsinə dayanan 21 yaşlı amerikalı tələbə Şimali Koreya televiziyasının kameraları qarşısında digər turistlərə evlərinə qayıtmağa icazə veridiyi halda, səfərinin sonunda niyə həbs olunduğunu izah etməlidir.

Fotonun müəllifi Danny Gratton
Image caption Otto (ortada) səfər yoldaşları ilə

Onun başının düz qarşısında isə - Şimali Koreyanın keçmiş liderləri Kim İr Sen və Kim Chen İr-in nəhəng portretləri asılıb.

Onun əynində açıq rəngli pencək və qalustuk var. Danişmağa başlamazdan əvvəl ayağa qalxan Otto səcdə edir.

Otto Şimali Koreya hökumətinə etdiyi cinayətə görə ona üzr istəmək imkanı yaratdığı üçün minnətdarlığını bildirərək, bağışlanmasını və həyatda qalması üçün yardımı qəbul etdiyini bildirir.

O, həmçinin deyir ki, oteldən "ABŞ-ın dinməz razılığı əsasında" Amerika kilsəsi üçün "qənimət" kimi təbliğat plakatını oğurlamağa cəhd edərək bununla koreya xalqının əmək etikasına və motivasiyasına ziyan vurmaq istəyib.

Fotonun müəllifi AFP
Image caption Fevralın sonunda Şimali Koreya Otto-nun "etirafını" yayımladı

Daha sonra o, göz yaşları içində "Mən həyatımın ən dəhşətli səhvini etmişəm, amma mən sadəcə insanam" deyir.

Şimali Koreyada 15 ay həbs cəzası çəkən Otto ABŞ-a qaytarılıb. Lakin qaytarılıqdan qısa müddət əvvəl onun ciddi beyin xəsarətlərindən komada olduğu aydın olub.

Həmin günü qartopu oynadıqdan sonra Otto-nun həyatı kəskin şəkildə dəyişdi. Çox məsələlər qaranlıq olaraq qalır. Amerikalının səhhətində konkret nə baş verdiyi naməlumdur. Qaytarılmasından bir həftə keçməmiş Otto xəstəxanada vəfat etdi.

Cincinnati-dəki tibbi mərkəzin həkimləri Otto üzərində fiziki zorakılıq əlamətlərini görmədiklərini, amma Şimali Koreya rəhbərliyinin versiyasına da inanmadıqlarını da söyləyiblər.

Şimali Koreyə hökumətinin versiyasına görə, botulizm xəstəsi olan Otto yuxu dərmanı qəbul etdiyinə görə komaya düşüb.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Otto sadəcə "günah keçisi" olduğunu söyləyib

Necə oldu ki, Ohio ştatından olan, bankir olmağa hazırlaşan bu istedadlı tələbə başqa ölkədə həbs edildi? Və o, niyə komada olarkən sərbəst buraxıldı?

Orta Qərbdən olan adi oğlan

Otto-nun ailəsi əslən Ohio ştatının yaxınlığında yerləşən Cincinnati-nin kiçik Wyoming şəhərindədirlər.

Otto-nun atası burada kiçik şirkət sahibidir. Ştatın ən yaxşı məktəbində təhsil alan Otto həmyaşıdlarının sevimlisi imiş. Kifayət qədər çalışqan bir şagird olan Otto fərqlənmə diplomunun bir addımlığında olub.

Otto həmçinin bacarıqlı idmançı olub. Otto-nun futbol üzrə məşqçisi onun əla oyunçu olduğunu və komandada lider olduğunu söyləyib.

Məktəbi bitirən Otto iqtisadiyyatı və kommersiyanı öyrənmək üçün Virginia universitetinə qəbul olunub. Washington Post-un yazdığına görə, təhsildən əlavə inkişaf etmək üçün xüsusi kurslar keçən Otto-nun işləri çox yaxşı gedirmiş.

Fotonun müəllifi Danny Gratton
Image caption Otto-nu həbsdən əvvəl sonuncu dəfə Danny görüb (şəkildə sağdan)

Qəzet bu ilin may ayında diplomların təqdim edilməsi mərasimində Otto-nun kurs yoldaşlarından müsahibə alıb. Bu mərasimdə "Otto-nu azad edin" çağırışlı etiketlər yayılıb. Bu il Otto da diplomunu almalıydı, lakin 3-cü kursda olan zaman o Şimali Koreyada həbs olunmuşdu.

Qəzetin yazdığına görə, Otto-nun dostları onu Orta Qərbdən olan dostcanlı, idman fanatı, eşitdiyi istənilən repi əzbərləyən və özü də rep yazan, fikirləşən biri kimi, həyatda hansı yeri tutacağını düşünən, yarı qiymətə suşi yeyən və hansısa boş bir şeyə gülən, maraqlı və əməksevər biri kimi təsvir ediblər.

Dostlarının dediyinə görə, Otto həmyaşıdlarından fərqli olaraq gələcəkdə nə olmaq istədiyinə əvvəlcədən qərar verib.

O investisiya bankiri olmaq arzusundaymış. Onun Linkedin sosial şəbəkəsindəki anketinə əsasən İnvestisiya Fondunun tələbə komitəsinin üzvü olan Otto, London School of Economics-də (London İqtisadiyyat Məktəbi) xüsusi kurs keçmək üçün 2015-ci ildə Londona gəlib.

Fotonun müəllifi Danny Gratton
Image caption Otto Şimali Koreyaya səfər edən yoldaşı ilə birgə

Onun səyahətlərə olan marağı məhz onu Asiyaya gətirib çıxarıb. 2016-cı ilin yanvarından Otto universitet mübadiləsi proqramı çərçivəsində təhsilini Honkonqda davam etdirməliydi.

Və o, yolüstü Şimali Koreyanı ziyarət etmək istəmişdi. O, Çindəki "ananızın sizi buraxmayacağı yerlərə ucuz səfərlər " təşkil edən "Gənc qabaqcıllar üçün turlar" (Young Pioneer Tours) şirkətinə müraciət edir.

"Onlar amerikalını göndərmək qərarına gəlirlər"

Böyük Britaniyanın Staffordshire qraflığından olan Danny Gratton Şimali Koreyaya 3 günlük səfər zamanı Otto ilə bir otaqda qalıb.

"Biz dərhal dostlaşdıq. O, çox istiqanlı, ağıllı və ünsiyyət zamanı xoş təsir bağışlayırdı", - deyə Danny BBC-yə danışıb.

Otto-nun beynəlxalq Yanggakdo International otelində guya plakatı çıxarmağa çalışdığı gün 2016-cı ilin Yeni il ərəfəsi, onların isə Şimali Koreyada ikinci gecələri idi.

Fotonun müəllifi Danny Gratton
Image caption Danny Graton-un fikrincə, Otto səhv zamanda səhv yerdə olub

Həmin günə qədər onların qrupu Cənubi Koreya ilə sərhədə getmişdilər. Daha sonra otelə qayıdan qrup nahar etdikdən sonra Pxenyan baş meydanındakı atəşfəşanlığa baxmaq üçün avtobusla ora gediblər.

Danny-nin sözlərinə görə onlar özləriylə yemək və pivə də götürüblər. Danny kimsənin xuliqanlıq etmədiyini söyləyib.

"Biz sərxoş deyildik. Bütün qaydalara riayət edirdik ", - deyən Danny-nin sözlərinə görə, Otto-nun oteldəki təbliğat plakatını götürməsinə dair bir işarə yox idi. Çünki o, bu barədə kimsəyə bir söz deməmişdi.

Şimali Koreya rəhbərliyi aşağı keyfiyyətli video yazınını nümayiş etdirib. Videoda qaranlıqda üzü görünməyən bir adamın dəhlizdəki plakatı çıxardığı əks olunmuşdu. Otto-nu xüsusi xidmət orqanları əməkdaşları 2016-cı ilin yanvarın 2-də Danny ilə birgə Pxenyanın hava limanından pasport nəzarətindən keçən zaman həbs ediblər.

Fotonun müəllifi AFP/Getty
Image caption Səyahət qrupunun qaldığı Yanggakdo oteli şəkildə soldan

"Biz pasport nəzarətindəki növbədə sonuncu idik. Biz orada oturan şəxsə pasportları təqdim etdik. Həmin şəxs Otto-nu və sonra qapını göstərdi. İki mühafizəçi ona yaxınlaşdı və onu apardı ", - deyə Gratton danışır.

"Mən onun arxasıyca istehza ilə zarafat etdim. Dedim ki, hər şey bitdi və biz bir daha səni görməyəcəyik. O, mənə cavab olaraq güldü. Mən axırıncı dəfə onu orda gördüm".

"Onlar sadəcə ameriaklını tutmaq istədilər. Otto səhv yerdə və səhv bir vaxtda orda olmaqla onlaerın əlinə keçdi". Danny belə fikirləşir.

Müstəsna hadisə

Daha sonra qrupun digər üzvləri Pekinə gələn zaman onları müşayiət edənlərdən biri guya Otto ilə telefonla danışdığını, güclü başı ağrıdığını və həkimə getmək istədiyini söyləyib. Bunları Washington Post qəzetinə turistlərdən biri danışıb.

Fotonun müəllifi Reuters
Image caption Komada olan Otto Cincinnati-yə tibbi təyyarədə gətirilib

Daha sonra qrupun digər üzvləri Pekinə gələn zaman onları müşayiət edənlərdən biri guya Otto ilə telefonla danışdığını, güclü başı ağrıdığını və həkimə getmək istədiyini söyləyib. Bunları Washington Post qəzetinə turistlərdən biri danışıb.

BBC baş verən hadisəylə bağlı məlumat almaq üçün Çinin "Young Pioneer Tours " şirkətinə müraciət . Şirkətin nümayəndəsi Troy Collings firma əməkdaşlarından heç birinin Otto aparılan gündən bu yana onunla birbaşa əlaqəsi olmadığlnı söyləyib. Bələdçilərdən biri Pxenyanda qalaraq saxlanılan şəxslə əlaqə yaratmağa və ona köməklik göstərməyə çalışsa da bu uğursuzluqla nəticələnib.

Collings-in sözlərinə görə, Otto-nun saxlanılmasının dəhşətli nəticələri şirkəti Şimali Koreyaya gedən qruplara gələcəkdə amerikalıları daxil edib-etməmək barədə düşünməyə vadar edir.

"Bu günə qədər saxlanılma hadisələri belə xoşagəlməz nəticələrə gətirib çıxarmayıb. Lakin əvvəlki kimi bəzi suallar hələ də cavabsız qalmaqdadır. Ona görə də biz baxmayaraq ki, çoxlu amerikalıları bu səyahətlərə qəbul etmişik, mövcud riskləri mütləq yenidən nəzərdən keçirmək lazımdır ", - deyə Collings BBC-ə bildirib.

Collings Şimali Koreyaya göndərdikləri səyahət qrupları ilə ölkə rəhrəliyi arasında ilk dəfə belə problemin baş verdiyini qeyd edib.

Şimali Koreya Otto-nun həbs edilməsi faktını iki həftə sonra, yanvarın 22-də təsdiqləyib. Otto video mürcaiəti isə fevralın sonunda edib. Mart ayında isə dövlət cinayətində ittiham edilən Otto 15 il həbs cəzasına məhkum edilmişdi.

Ekspertlərin qeyd etdiyinə görə, xarici vətəndaşa qarşı cıxarılann bu hökm həddən artıq ağır bir hökmdür və bu il ərzində ABŞ və Şimali Koreya arasında nüvə proqramı ilə bağlı yaranan gərginliyə öz təsirini göstərə bilər.

Otto barədə həbs cəzasının çıxarılması və onun buraxılması barədə xəbərin verilməsi vaxtı ərzində nə baş verdiyi məlum deyil. Amerika rəhbərliyi iyunun 14-də Otto-nun buraxılacağını bəyan etmişdi.

Humanistlik əsaslarla

Lakin onun atası Fred-in sözlərinə görə, Otto hökm cıxarılan günün səhəri, yəni bir il bundan əvvəl komaya düşüb.Oğlunun Pxenyanda "etirafı" zamanı geydiyi pencəklə mətbuat konfransı keçirən Fred Şimali Koreya rəhbərliyinin Otto-nu qorxutduğunu və "sındırdığını" bildirib.

Fotonun müəllifi Reuters
Image caption Otto-nun atası Fred 15 iyun 2017-ci ildə keçirilən mətbuat konfransında oğlunun pencəyilə çıxış edib

Şimali Koreya rəhbərliyi isə humanistlik göstərərk onu azad etdiklərini bəyan edib. California universitetinin Koreya-Sakit oken proqramının direktoru Stiphen Haggard-ın fikrincə, Şimali Koreya xüsusi xidmət orqanları ölkı rəhbərliyinə, o cümlədən ən yuxarı instansiyalara Otto-nun səhhəti barədə məlumat verməkdən qorxublar.

"Hansısa anda kimsə düşünüb ki,mümkün variantlardan ən pisi gəncin həbsdə ölməsidir. Bundan sonra Otto-nun ölkəyə geri qaytarılması barədə diplomatik səylər göstərilməyə başlandı ", - deyə Haggard France-press agentliyinə müshibəsində bildirib.

Fotonun müəllifi EPA
Image caption "Biz Otto və onun yaxınları üçün dua edirik"- Warmbier-lərin yaşadığı Wyoming şəhərindəki restoranın bannerində belə yazılıb

Otto-ya nəzarət edən həkim Daniel Kanter-in sözlərinə görə, bu gənc hazırda bitmiş bir vəziyyətdədir. Danışmayan Otto bəzən kortəbii şəkildə gözlərini açır və yumur.

Həkimlərin fikrincə, beyin fəaliyyətinin pozulmasına tənəffüsün dayanması səbəb olub. Amma tənəffüsün dayanması səbəbi tapmaca olaraq qalır. Otto-da hansısa zərbənin əlamətləri yoxdur

Hal-hazırda süni nəfəs cihazına qoşulmayan Otto sərbəst şəkildə nəfəs alır. Lakin ünsiyyət bacarığı olmayan Otto-nun valideynlərinin xahişi ilə həkimlər onun sağalması barədə proqnozlar vermirlər.

Atasının sözlərinə görə, onun yaxınları Otto-nun evdə, sevdiklərinin əhatəsində olmasından xoşbəxtdirlər. Ötən həftənin çərşənbə axşamı onu qarşılamaq üçün hava limanına bir xeyli adam toplaşmışdı.

"Onun evə qayıtmasını bilmək çox xoş idi. Çünki o çoxdandı iki yox idi ", - deyə Otto-nun universitet yataqxanasındakı qonşusu Emmet Solner CNN -ə müsibəsində söyləyib. Otto təyyarədən endirildikdən dərhal sonra xəstəxanaya aparılıb.

Fotonun müəllifi EPA
Image caption Həkim Kanter Otto-nun bitmiş bir vəziyyətdə olduğunu, amma ailəsinin xahişini nəzərə alaraq proqnozunu açıqlamadığını deyir

Virginia universiteti də Otto-nun geri qayıtmasına çox məmnun olduğunu bəyan edib.

Lakin universitetin başçısı Theresa Salliwan bütün təhsil ictimaiyyətinin baş verənlərdən kədərləndiyini və Otto-nun səhhətilə bağlı narahat olduqlarını söyləyib.

"Mən onun qarşısında diz çökərək onu qucaqladım və onun üçün necə darıxdığımı, onu yenidən evdə görməyə şad olduğumu söylədim".

Görüşlərini belə təsvir edən Otto-nun atası Fred "Bunu qəbul etmək çox çətindir. Amma onun özünü yaxşı hiss etməsi üçün biz hər şeyi edəcəyik" deyib.

Məqaləni Kevin Ponniah və Tom Spender hazırlayıb

Əlaqəli mövzular

Bu barədə daha geniş