Uşağını pəncərədən sallayan ata həbs edilib

Uşağın həyatını təhlükəyə qoyduğu üçün polis kişini həbs edib Fotonun müəllifi Facebook
Image caption Uşağın həyatını təhlükəyə qoyduğu üçün polis kişini həbs edib

Facebook-da "like" qazanmaq üçün uşağını hündürmərtəbəli binanın pəncərəsindən sallamış ataya Əlcəzair məhkəməsi iki il həbs cəzası verib.

Ata öz uşağını hündürmərtəbəli binanın pəncərəsindən çıxararaq əli ilə saxlayıb və belə izah yazıb: "1000 like, yoxsa onu tullayacam".

Bundan sonra digər sosial media istifadəçiləri onun həbsini tələb ediblər.

O, uşağın həyatını təhlükə altına qoymaqda günahlandırılıb.

Adı açıqlanmayan kişi uşağı 15-ci mərtəbənin pəncərəsindən sallayıb.

Əlaqəli mövzular