İntiharçı olmaqda şübhəli şəxs Brüssel dəmir yolu vağzalında güllələnib

Belgian soldiers patrol a metro station near the headquarters of European institutions in Brussels, Belgium May 24, 2017 Fotonun müəllifi Reuters
Image caption Əsgərlər ötən il baş vermiş hadisələrindən sonra şəhərdə nəzarət işləri həyata keçirirlər

Belçikalı əsgərlər Brüssel Mərkəzi Stansiyasında intiharçı olmaqda şübhəli bilinən bir nəfəri güllələyib, rəsmilər deyir.

Məlumata görə, o, kiçik partlayış törədib. Hadisə nəticəsində heç kimin xəsarət almadığı güman edilir.

Prokurorluq daha sonra bildirib ki, adam həlak olub və onlar hadisəni terror aktı kimi nəzərdən keçirirlər.

Ötən ilin mart ayında özünü İslam Dövləti (İD) adlandıran qruplaşma Brüsseldə bir neçə hücuma görə məsuliyyəti üzərinə götürüb. Bu hücumlar nəticəsində 32 nəfər həlak olub.

Belçika qəzeti "La Libre Belgique" prokurorluğa istinadən yazır ki, güllələnən şəxs bel çantası və bombalı kəmər geyinib.

O, stansiyada əsgərlərin diqqətini cəlb etdikdən sonra qurğunu partladıb, qəzet yazır.

Fotonun müəllifi Reuters/Remy Bonnaffe
Image caption Stansiyanın daxilində çəkilmiş fotolarda alov görsənir

Dəmir yolu əməkdaşı Nicolas Van Herrewegen deyib ki, səs-küy eşidəndə o, stansiyanın asma qat səviyyəsinə gedib.

"Sonra o, "Allahu Əkbər" qışqırdı və təkərli çamadanı partlatdı," o, AFP informasiya agentliyinə məlumat verib.

"Partlayış zamanı mən divarın arxasında idim. Aşağı gedib həmkarlarıma hamını təxliyə etmək üçün xəbərdarlıq etdim. O, [şübhəli şəxs] hələ də orda idi, amma sonra onu görmədik", Nicolas Van Herrewegen əlavə edib.

Stansiya və Grand Place təxliyə olunan zaman müəssisə və restoranlara bağlanmaq və pəncərə taxtalarını endirmək əmri verilib, RTL radiosu xəbər verir.

Stansiya yolu ilə gedən metro xətləri də polisin göstərişi ilə qısa müddətdə dayandırılıb, radio bildirir.

Ötən ilin 22 Martında, üç intiharçı şəhərin Zaventem hava limanı və Maelbeek metro stansiyasında əkiz hücumlar törədib.

Fotonun müəllifi AFP
Image caption Polis və əsgərlər insanların stansiyasından kənara çıxmasına yardım edir

Brüsseldə mənzillənmiş İD elementi 2015-ci ilin noyabrında Parisdə silah və bomba hücumlarının da arxasında olub.

London da bazar axşamı 48 yaşlı kişi Finsbury Park Məscidinin yanında səkidə piyada gəzən müsəlmanları avtofurqonla vurub. Bu zaman bir nəfər həlak olub, 9 nəfər yaralanıb.

Bu hadisə İD-in üzərinə götürdüyü iyunda Londonda Borough Market və mayt ayında Manchester Arenada konsert zamanı baş verən hücumlardan sonra baş verib.

Bu hücumlarda 30 nəfər həyatını itirib, 100-dən çox insan xəsarət alıb.

Bu barədə daha geniş