Pişiklər qədim dünyanı necə fəth etdilər

Zolaqlı tabby pişikləri ilk olaraq yaraşıqlı rənginə görə qiymətləndirilir Fotonun müəllifi Getty Images
Image caption Zolaqlı tabby pişikləri ilk olaraq yaraşıqlı rənginə görə qiymətləndirilir

Ev pişiklərinin onların vəhşi qohumlarının nəslindən olması kimsə üçün sirr deyil. Lakin indi bu isiqamətdə daha geniş tədqiqat aparan alimlər çox vacib bir kəşf əldə ediblər: sən demə pişiklərin əhlilləşdirilməsi prossesi iki dəfə baş verib.

Görünən odur ki, pişiklərin əhliləşdirilməsi prossesi ilk dəfə 9 min il əvvəl Yaxın Şərqdəki fermerlər tərəfindən başlanıb.

Bir neçə min il sonra isə Qədim Misirdən olan pişiklər ticarətçilərlə gəmilər vasitəsilə müxtəlif ölkələrə getməyə başlayıblar.

Bu gün pişiklər Antarktida istisna olmaqla bütün qitələrdə yaşayırlar.

Alimlərin fikrincə, insanların yaşadığı evlərdə vəhşi pişiklərin diqqətini buğda anbarlarında dolaşan siçanlar cəlb edib və bu da insanlarla vəhşi pişiklər arasında münasibətin təməlini qoyub.

"Əhlilləşdirmə prossesi iki dəfə baş verib. Əvvəlcə Yaxın Şərqdə, kifayət qədər çox vaxt keçdikdən sonra isə Misirdə. Bundan sonra gəmilərdə səyahət edən pişiklər dünyanın hər tərəfində uğurla məskunlaşmağa başladılar. Müasir pişiklərdə hər iki qan xətti özünü göstərir", Parisdəki Jaka Mono İnstitutunundan olan və tədqiqatlara başçılıq edən professor Eva Maria Gaigle belə düşünür.

Siçan tutmaqdan sevimli ev heyvanına

Pişiklər heç də bu günki kimi evdə boş-boş gəzən tənbəl məxluqlar olmayıblar. Min illər ərzində onlar tam ev heyvanına çevrilməzdən əvvəl gəmilərdə və təsərrüfatlarda siçan tutmaqla məşğul olublar.

"Mən deyərdim ki, pişiklər özləri insan cəmiyyətini seçiblər. Lakin hər iki tərəf üçün bu faydalı bir ittifaq idi", - deyə professor Gaigle izah edib.

Fotonun müəllifi Getty Images
Image caption Pişiklər və insan arasında ittifaq həmişə zəngin olub

Tədqiqat zamanı alimlər vikinqlərin məzarlığında, daş dövründəki parklarda və fironların qəbiristanlığında aşkar edilən 200-dən çox qədim pişiklərin qalıqlarından mitoxondrial DNT-si (hansı ki ana vasitəsilə keçir) götürüblər.

DNT analizi onu göstərib ki pişiklərin əhlilləşdirilməsi prossesi 9 min il əvvəl kənd təsərrüfatının inkişaf etdiyi Yaxın Şərqdə başlayıb. Məhz fermerlerin ilk olaraq pişikləri əhliləşdirməsi ehtimal olunur.

Daha sonra isə onlar ya təsadüfən ya də bilərəkdən uzaq ölkələrə gedən zaman pişikləri də özləriylə aparıblar.

Pişiklərin ikinci dəfə əhliləşdirilməsi prosesi artıq Qədim Misirdə baş verib. Roma İmperiyası zamanında pişiklər bütün Avropaya yayıldılar və daha sonra vikinqlərin hökmranlığı dövründə daha da irəli getdilər.

Vikinqlərin qədim limanında aşkar edilən Misir pişiklərinin DNT testlərinin analizi onların Şimali Avropaya dəniz yolu ilə gəldikləri ehtimalını yaradır.

Fotonun müəllifi Getty Images
Image caption Bambino cinsindən olan pişiklər tamamilə tüksüzdürlər

Maraqlıdır ki, zolaqlı pişiklər (tabby) yalnız orta əsrlərdə meydana gəiblər. DNT analizləri onu göstərir ki, bu mutasiya XIV əsrdə Türkiyənin qərbində baş verib. Həmin vaxtdan yüz illər ərzində tabby pişikləri bütün dünyada yayılmağa başlayıblar.

Onlar ilk növbədə işgüzar keyfiyyətlərinə görə deyil, cəlbedici görünüşlərinə görə yayılmışdılar.

"XIX əsrə qədər itlərdən fərqli olaraq pişiklərdə seleksiya işləri demək olar ki aparılmayıb. Pişiklər bu işlər aparılmadan da xeyir gətirirdilər və nəyisə dəyişməyə ehtiyac yox idi ",-deyə Gaigle bildirib.

Bu gün müxtəlif rəngli və tüklü çoxlu pişik cinsləri mövcuddur. Onların arasında bambino (tüksüz bəstəboy pişiklər) və cornish-rex (qıvırcıq tüklü və it bədənli pişik) kimi ekzotik pişiklər də var.

Əlaqəli mövzular

Bu barədə daha geniş