Səudiyyə vəliəhdi haqqında bilməli 5 məqam

Şahzadə Məhəmməd ibn Salman Fotonun müəllifi Ronald Grant
Image caption Şahzadə Məhəmməd 29 yaşında müdafiə naziri olub

Atasının taxt-taca çıxmasından bəri Səudiyyə şahzadəsi Məhəmməd ibn Salman vəzifə pillələrilə tədricən yuxarıya doğru hərəkət edib.

Hazırda onunla atasını cəmi bir pillə ayırır.

Gənc oğul irəlilədikcə daha çox səlahiyyətə sahib olub. Mümkün rəqiblər kənara sıxışdırılıb.

Ölkənin növbəti hökmdarı barədə bilməli olduğunuz bunlardır.

O, mənsub olduğu ailə qolunun hakimiyyətini möhkəmləndirib

Yeni təyin olunmuş vəliəhd atasına onun taxt-taca çıxmasından əvvəl də yaxın olub.

2009-cü ildə şahzadə Məhəmməd ibn Salman Riyad şəhərinin qubernatoru olan atasının xüsusi müşaviri təyin edilib.

Hərçənd ki, şahzadə Məhəmməd ibn Salmanın yüksəlişi belə radikal dəyişiklərə alışmayan monarxiya üçün xüsusi haldır.

Onun siyasi səyahətində sıçrayış 2015-ci ildə kralın yeni nəsildən varis seçməsi vaxtı baş verib.

Məhəmməd ibn Naif tərəfindən vəliəhd vəzifəsində əvəzlənən kralın atabir qardaşı Muqrin ibn Əbdül Əziz kənara sıxışdırılıb.


Həmçinin oxuyun:


Salmanın oğlu üçün daha vacib olan isə onun vəliəhd müavini təyin edilməsi idi.

Bu əsaslı yerdəyişmələr onun ibn Naifin kənarlaşdırılması təqdirdə taxt-taca növbədə birinciliyinə zəmin yaratdı.

Yeni vəliəhd müdafiə naziri olaraq baş nazirin müavini vəzifəsinə də sahibdir.

Fotonun müəllifi Getty Images
Image caption Mart ayında prezident Donald Trump Ağ Evdə şahzadə Məhəmmədlə görüşüb

O müdafiə məsələlərində fəaldır

Salman Əbdül Əziz 2015-ci ilin yanvar ayında taxt-taca çıxarkən oğlunun mövqelərini möhkəmlədən çevik dəyişikliklər edib.

29 yaşlı şahzadə dünyanın ən gənc müdafiə naziri olub.

Bundan cəmi iki ay keçmiş Səudiyyə Ərəbistanı qonşu Yəməndə hərbi kampaniyaya başladı.

Hərçənd ki, koalisiya Yəmən prezidenti Əbdrəbbuh Mənsura üsyançıların əlində olan paytaxt Sanaya nəzarəti bərpa etməyə kömək edə bilməyib.

O, nefdtən asılılığı azaltmaq istəyir

2016-ci ilin aprel ayında İqtisadiyyat və İnkişaf İşləri Şurasının başçısı olan nüfuzlu şahzadə ölkənin neft gəlirlərindən "asılılığının" azaldılmasına yönələn islahatları elan edib.

O deyib ki, - Vision 2030 planı - "2020-ci ilədək bizim neftsiz yaşaya biləcəyimizi" təmin etməlidir.

Ön plana çıxdıqdan bəri gənc şahzadə səudiyyəlilər üçün rol modeli kimi təsvir olunur.

BVF planı "ambisiyalı uzun müddətli cəhd" kimi dəyərləndirsə də onun həyata keçirilməsinin çətin olacağını bildirib.

Fotonun müəllifi Getty Images
Image caption Kral Salman 2015-ci ildə oğlunu vəliəhd müavini təyin edib

Onun İranla əlaqələri dəyişmək ehtimalı aşağıdır

Ötən ay şahzadə Məhəmməd ibn Salman ölkəsinin rəqib İranla hər hansı dialoq quracağını istisna edib.

Hər iki ölkə Suriya və Yəmən kimi münaqişələrdə qarşı tərəfləri dəstəkləyir.

Səudiyyədə tanınmış şiə ruhanisi Nimr əl-Nimrin edamından sonra Tehranla Riyadın əlaqələri daha da korlanıb.

İran dövlət mediası vəliəhdin təyinatını "yumşaq çevriliş" adlandırıb.

O ailə adamıdır

1985-ci il 31 avqust təvəllüdlü Məhəmməd ibn Salman, kral Salmanın üçüncü xanımı Fəhdə ibn Fəlah ibn Sultanın böyük oğludur.

Başqa şahzadələrdən fərqli olaraq o təhsilini Səudiyyədə başa vurub.

Bir sıra dövlət qurumlarında işlədikdən sonra o, King Saud Universitetində hüquq üzrə təhsil alıb.

Yalnız bir xanımı olan vəliəhd iki qız və iki oğlan uşağının atasıdır.

Əlaqəli mövzular

Bu barədə daha geniş