Saxta iddia qaldıran britaniyalı turistləri həbs gözləyə bilər

Bufet Fotonun müəllifi Getty Images

Saxta qida zəhərlənməsi iddialarını qaldıran britaniyalı turistlərin məsələsi onlar üçün həbsxana ilə nəticələnə bilər, Abta səyahət şirkətləri ittifaqı xəbərdarlıq edib.

Saxta iddiaların sürətlə artması səyahət şirkətləri başçılarını "çətin vəziyyətə salıb".

Onlar bunu "Britaniya problemi" sayır.

Fotonun müəllifi Getty Images

Abta-nın baş icraçı direktoru Mark Tanzer, bu növ fırıldaqçılıq hallarının"uzun illər ərzində səyahət sənayesi üçün problemə çevrildiyini" qeyd edib.

O, bildirib ki, yalan və ya şişirdilmiş iddialar qaldıran turistlərin "Britaniyada və ya xaricdə həbsxanaya düşməsi" riski var.

Ötən il tətili kurortlarda keçirən on minlərlə britaniyalı turist kompensasiya almaq məqsədilə iddia qaldırıb, baxmayaraq ki, həmin istirahət yerlərində xəstəlik hallarının ümumi səviyyəsi sabit qalıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş