Mosul döyüşü: əl-Nuri məscidinin partladılması "İD məğlubiyyətini göstərir"

File photo shows the leaning minaret and al-Nouri Mosque in the Old City of Mosul on May 24, 2017 Fotonun müəllifi AFP
Image caption Əl-Nuri məscidi 1172-ci ildə tikilib. Onun əyilmiş minarəsinə "qozbel" ləqəbi verilib

İraqın Baş Naziri Heydər əl-Əbadi deyib ki, Mosul şəhərində qədim əl-Nuri məscidinin dağıdılması İD-in "məğlubiyyətinin rəsmi bəyannaməsidir".

İraq qüvvələri bildirirlər ki, özünü İslam Dövləti (İD) adlandıran qruplaşma iqtidaryönlü qoşunların Mosulda irəliləməsini dayandırmaq üçün döyüşən zaman Böyük əl-Nuri Məscidini və onun məşhur əyilmiş minarəsini partladıb.

İD bildirib ki, kompleksi Amerika təyyarələri məhv edib. ABŞ isə bu iddianı təkzib edir. Aerofoto çəkilişi göstərir ki, kompleksin böyük hissəsi dağılıb.

800 ildən çox yaşı olan məscid İD lideri Əbu Bəkr əl-Bağdadinin 2014-ci ildə "xilafəti" elan etdiyi yerdir.

Image caption BBC cümə axşamı günü məscid ərazisinə giriş əldə edib.

Məscidin dağıdılması geniş şəkildə pislənib. İraqda yüksək rütbəli ABŞ komandiri bildirib ki, İD, "Mosul və İraqın böyük xəzinələrindən birini" məhv edib.

"Bu Mosul xalqı və bütün İraqa qarşı cinayətdir və niyə bu amansız təşkilatın məhv edilməli olduğuna bir nümunədir," baş general Joseph Martin bildirib.

Fotonun müəllifi Iraqi Joint Operation Command
Image caption İraq ordusu dağılmış məscidin fotosunu paylaşıb

Əl-Nuri məscidi 1172-ci ildə tikilib və ona erkən səliblərə qarşı mübarizə aparan şəxsin adı verilib. Onun əyilmiş minarəsinə "qozbel" ləqəbi verilib.

İqtidaryönlü qüvvələr ABŞ-ın rəhbərlik etdiyi çoxmillətli koalisiyanın dəstəyi ilə ötən ilin oktyabr ayında Mosulu qaytarmaq üçün hücuma başlayıb.

Hökumət yanvar ayında İD üçün əsas şəhər sayılan Mosulun şərqini tam "azad" elan edib, amma əyri, dar küçələri olan şəhərin qərbini ələ keçirmək daha çətin vəzifədir.

Bazar günü, komandirlər hücumun "son fəslinin" başlanmasına dair elan verib.

İraqın terrorizmlə mübarizə xidməti, ordu və federal polis Qədim şəhərə bütün istiqamətlərdən hücuma keçəcək.

Fotonun müəllifi AFP
Image caption İD lideri Əbu Bəkr əl-Bağdadi 2014-ci ildə "xilafəti" bu məsciddə elan edib

Ordu hesab edir ki, Mosulda təminən 300 İD yaraqlısı qalıb. Oktyabrda, Mosula hücum başlayanda burada 6000 yaraqlı var idi.

Bu həftənin əvvəlində təyyarə dinc sakinləri açıq meydançalardan çəkinməyə və imkan olan kimi qaçmağa çağıran vərəqələr atıb.

BMT İD-in Mosulda 100 mindən çox adamı canlı qalxan kimi istifadə etmək üçün saxlaya biləcəyi barədə xəbərdarlıq edib.

Bu barədə daha geniş