George Clooney öz tekila brendini 1 milyard dollara satdı

Garber və Clooney (sağda) Fotonun müəllifi Casamigos
Image caption Super model Cindy Crawford-un həyat yoldaşı Rande Garber Casamigos-un "dostluqdan , ən dadlı və yüngül tekilanı yaratmaq arzusundan" irəli gəldiyini bildirib.

Bu yaxınlarda əkiz körpələr atası olan Holliwood aktyoru George Clooney-nin bayram etməsi üçün yeni səbəbləri var.

Clooney yaradıcılarından biri olduğu Amerikanın Casamigos premium tekila brendi Böyük Britaniyanın nəhəng spirtli içki şirkəti sayılan Diageo tərəfindən 1 milyard dollara alınıb.

Diageo şirkəti ilə sövdələşmə aktyorun xanımı Amal Clooney-nin əkizləri dünyaya gətirdikdən cəmi bir neçə həftə sonra imzalanıb.

George Clooney Casamigos şirkətini 2013-cü ildə dostları Rande Gerber və Mike Meldman-la birgə təsis edib.

Onların sözlərinə görə, Casamigos (ispancadan tərcümədə "dostların evi") brendi tekila ilə keçirilən gecə dostluqları nəticəsində yaranıb.

Diageo şirkəti Casamigos-u beynəlxalaq brendə çevirmək niyyətində olduğunu bəyan edib.

Fotonun müəllifi Getty Images
Image caption George və Amal Clooney 2014-cü ilin sentyabrında evləniblər

Super model Cindy Crawford-un həyat yoldaşı Rande Garber Casamigos-un "dostluqdan və ən dadlı və yüngül tekilanı yaratmaq arzusundan" irəli gəldiyini bildirib.

Mən və dostlarım "Casamigos-un bir hissəsi olaraq qalacağıq və çox güman ki, axşam bir və yaxud da iki qədəh içəciyik", - deyə SNBC kanalına müsahibə verən George Clooney bildirib.

Bu barədə daha geniş