Çin diş çöpü atan oyuncaq yayları qadağan edir

Dişçöpü atan oyuncaq yay. Fotonun müəllifi 1688.com
Image caption Oyuncaq arbalet

Çində isti kökə sürətilə satılan miniatür oyuncaq yaylar və ya arbaletlər valideynlərin narahatlığına səbəb olub.

Kiçikölçülü yayın oxu diş çöpüdür.

Oyuncaq yayın atdığı diş çöpü kartonu və almanı deşə bilir, amma diş çöpü iynə ilə əvəzlənsə, yaydan çıxan həmin iynə qazlı su bankasına da taxılır.

Oyuncağın xəsarətyetirmə potensialından təşviş keçirən şəhərlərdə arbaletciklərin satışı qadağan olunub.

Çin mediasının yazdığına görə, Chengdu, Kunming və Harbin kimi şəhərlər artıq oyuncaq satışını qadağan ediblər.

Honq Konqda isə valideynlərin narahatlığı getdikcə artırmaqdadır.

Oyuncaq arbaletlərin qiyməti çox ucuzdur, plastikdən hazırlanmış versiyası 4 yuana ($ 0.6) satılır.

Əslində miniatür silaha çevrilə bilən metal versiyanı isə 10 yuana almaq mümkündür.

Oyuncaqların küçə və dükanlarda satışına qadağa qoyulsa da, onu onlayn platformalardan almaq hələ də mümkündür.

Valideynlərin tənqidlərinə cavab olaraq, ölkənin aparıcı onlayn platformaları JD.com və Taobao.com həmin oyuncaqların satışını dayandırdıqlarını bildiriblər.

Lakin onlayın satış nəhəngi Alibaba-ya məxsus 1688.com vebsaytında həmin oyuncaqları tapmaq hələ də mümkündür.

Çin mediasına görə, məktəblərin yaxınlığında yerləşən mağazalarda təhlükəli oyuncaqların satışının qarşısını almaq üçün polis də səy göstərməkdədir.

Fotonun müəllifi 1688.com
Image caption Oyuncaq yaydan buraxılan çöp karton, alma və ya çiy ətə taxıla bilir.

Sosial mediada yayılan videolarda oyuncaq yaydan buraxılan çöpün karton, alma və ya çiy ətə necə taxıldığını görmək mümkündür.

Diş çöpü iynə ilə əvəzlənəndə isə, yaydan çıxan həmin iynə qazlı su bankasına da taxılır.

Oyuncağın qabının üzərində insanları və heyvanları nişan almamaq tövsiyə edilir.

Oyuncaq versiyalarından birinin yazısında isə deyilir ki, həmin oyuncaq, tarakanlarla mübarizə aparmağa imkan verir. Çoxları üçün bu, bəlkə də faydalı məsləhətdir.

Əlaqəli mövzular

Bu barədə daha geniş