Ascot: cıdır yarışlarının şlyapalı qonaqları

Fotonun müəllifi PA

Çərşənbə axşamı Ascot-da kral cıdır yarışlarına start verilib - bu hadisəni bütün dünyada at yarışı və moda həvəskarları səbirsizliklə gözləyir.

Tədbirə gələnlərin geyimi klassik geyim koduna uyğun olmalıdır. Lakin qadın şlyapalarının görünüşünə həmin qaydalar şamil olunmur. Yeganə şərt - şlyapanın diametrinin 10 santimetrdən az olmamasıdır.

Fotonun müəllifi AFP

Ascot cıdırında şlyapa taxan qadınlar üçün bu, özünü aləmə göstərməyin bir üsuludur. Burada gözə dəyən şlyapalar forma, rəng və üslubuna görə müxtəlifdir.

Qadın şlyapalarının bəzədilməsi üçün əsasən gül və quş tükü və lələklərindən istifadə olunur.

Fotonun müəllifi Reuters

Şlayapanın necə bəzədilməsi sahibəsinin fantaziyasından asılıdır. Ətrafdakılardan seçilmək üçün müxtəlif üsullara əl atılır. Bəziləri hətta, qədim sivilizasiyaların rəmzlərindən də istifadə edir.

Misal üçün, yuxarıdakı şəkildə solda duran qadının şlyapasında Qədim Misirə aid əbədi həyat və güc rəmzini görmək mümkündür.

Fotonun müəllifi AFP

Şlyapaya bəzək qatan digər bir amil onun rəngidir. Şlyapa üçün seçilən rəng sahibəsinin obrazını tamamlağa kömək etməklə yanaşı, onun üz cizgilərini də daha yadda qalan edir.

Fotonun müəllifi Reuters

Tədbirə gələn zərif cinsin nümayəndələrindən bəziləri yalnız bir rəngə köklənməyi üstün sayıblar. Bu, kifayət dərəcədə maraqlı və qeyri-adi bir gedişdir.

Bu halda onlar geyim elementlərinin vahid ansambl şəklində necə birləşəcəyini əvvəlcədən düşünməlidirlər.

Fotonun müəllifi PA

Rübənd, qadın obrazına sirlilik əlavə edir - bu, qadın şlyapaları dizaynında tez-tez istifadə edilən daha bir elementdir. Rübəndli şlyapa taxan qadına ətrafdakıların diqqəti heç vaxt əskik olmaz. Gənc qadınlar bu xüsusiyyəti yaddan çıxarmır.

Fotonun müəllifi PA

Tər güllər şlapaya bəzək verməklə yanaşı onu eyni zamanda ətir mərkəzinə də çevirir. Belə şlyapanın yeganə çatşmazlığı - dərilmiş gülün ömrünün qısa olmasıdır.

Fotonun müəllifi AFP

Bəzi qadınlar festivalın təkrarsız və yeganə qonağı olmağa heç də çalışmırdılar. Tədbirə birgə gələrək, belələri sübut edirdilər ki, kollektiv tərkibdə də moda ilə ayaqlaşmaq mümkündür. Bu cür yanaşma maraqlı görünməklə yanaşı, kollektivin üzvləri arasında birlik ruhunun yaranmasına da, ola bilsin ki, təkan verir.

Fotonun müəllifi PA

Ascot festivalında şlyapaların rəngbərəngliyi heyrət doğurur. Axı, cəmi bir neçə əsr bundan əvvəl cıdır yarışlarına gələn qadınların şlyapa seçimində konformizm rəhbər tutulurdu.

Ascotda keçirilən kral cıdır yarışlarını qadın şlyapalarının paradı adlandırmaq olar.

Əlaqəli mövzular

Bu barədə daha geniş