Yunanıstan: zibil yığışdıranların tətili üfunətə səbəb olub

Afina şəhəri bu günlərdə Fotonun müəllifi EPA
Image caption Rəsmilər sakinləri və şirkətləri zibili bayıra atmamağa çağırıb.

Bu həftənin əvvəlindən Yunanıstanın müxtəlif şəhərlərində qalaq-qalaq zibil yığışdırılmamış qalır. Buna səbəb minlərlə zibil toplayanların işlərini görməkdən imtina etməsidir.

Nəticədə, Afinada turist zonaları ən çox ziyan çəkən ərazilər arasındadır.

Xəbərlərə görə, Thessaloniki şəhərində və Corfu adasında da problemlər var.

Etirazçılar 24 saatlıq tətilə başlayaraq Daxili İşlər Nazirliyi qarşısında yürüş keçiriblər.

Zibiltoplama sahəsinin işçiləri 10 minədək həmkarlarının əmək müqaviləsi bitəndən sonra iş yerlərini itirəcəklərindən ehtiyat edirlər.

Cümə axşamı günü etirazçılar Daxili İşlər Nazirliyi qarşısında zibildən tonqal qalayıblar, nazirliyin binasına boya atıblar.

İğtişaş polisi binaya hücumun qarşısını almaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Bələdiyyə işçiləri ittifaqı bir neçə gündür ki, zibil maşınlarının zibil depolarına girişini bloklayıb.

Mübahisə dərinləşdikcə küçə və səkilərdə zibil qalaqları böyüməkdədir.


Afinada burnunu tuta-tuta - Kostas Kallergis, BBC News

Afinanı avtomobildə gəzərkən orda-burda, demək olar ki, hər yerdə zibil qalaqları gözə dəyir.

Zibil yığışdırılmayan ərazini keçmək üçün piyadalar burunlarını tutmalı olurlar.

Restoranların qabağında vəziyyət daha kritikdir.

Tətildən xəbərdar olan yunanıstanlılar evdəki zibili atmağa tələsmirlər.

Lakin havalar istiləşməkdə olduğundan Afinada həftəsonu gəzintisi heç də ləzzətverici olmayacaq.

Afinada havanın temperaturu +32 dərəcədir, gözlənildiyinə görə, yaxın günlərdə daha da artacaq.

Rəsmilər sakinləri və şirkətləri zibili bayıra atmamağa çağırıb.


Hökumətin qarşısında duran problem müvəqqəti bələdiyyə işçilərinin müqaviləsini yeniləmək cəhdinin məhkəmələr tərəfindən konstitusiyaya zidd hərəkət kimi rədd edilməsindən ibarətdir.

Daxili işlər naziri Panos Skourletis həmkarlar ittifaqına problemin həllinin tapılacağına söz verərək, iş yerlərini itirmək təhlükəsilə üzləşən təxminən 2500 işçiyə daimi iş yerləri təklif edib.

Bu barədə daha geniş