Sanksiyaların ləğvi üçün Qətərə 13 şərt qoyulub

Qatar Fotonun müəllifi Reuters
Image caption Qətər böhranı Körfəz bölgəsində son onilliklərin ən kəskin böhranı sayılır

4 ərəb ölkəsi tərəfindən Qətərə göndərilən məktubda sanksiyaların ləğvi üçün 13 şərtin yerinə yetirilməsi tələb olunur.

Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn Al Jazeera dövlət yayım şirkətinin bağlanmasını tələb edirlər.

Qətərdən, həmçinin İranla əlaqələrin azaldılması və Türkiyə hərbi bazasının bağlanılması istənilir. Buna 10 gün möhlət verilib.

Qətər terrorçuluq və regionda qeyri-sabitlik yaratmaqla bağlı ittihamları rədd edir.

Ölkə iki həftədən artıqdır ki, misli görünməmiş diplomatik və iqtisadi təzyiqlərə məruz qalır.

Bu Körfəz bölgəsində son onilliklərin ən kəskin böhranı sayılır.

Qətərdən bu tələblərə dərhal cavab gəlməyib, lakin Xarici İşlər Naziri Şeyx Mohammed bin Abdulrahman al-Thani bundan əvvəl bildirib ki, cəza tədbirləri ləğv edilənə qədər danışıqlar aparılmayacaq.

O, həmçinin ölkəsinin "hər hansı terror təşkilatını" dəstəkləməsi iddialarını təkzib edib.

Fotonun müəllifi Reuters
Image caption Al Jazeera ən böyük beynəlxalq televiziya və radio yayımçılarındandır

Digər tələblər nədir?

Siyahının surətini əldə edən olan Associated Press informasiya agentliyinin yaydığı məlumata görə, Qətər həm də bunları etməlidir:

  • Digər Ərəb dövlətlərində qadağan olunmuş Müsəlman Qardaşları təşkilatı ilə bütün əlaqələri kəsmək
  • Dörd ölkənin vətəndaşlarını milliləşdirməkdən imtina edib, öz ərazisində olanları xaric etmək. Bununla ölkələr Qətəri öz daxili işlərinə müdaxilə etməkdən dayandırmaq istədiklərini bildirirlər
  • Dörd ölkə tərəfindən terrorizm ittihamlarına görə axtarışda olan bütün şəxslərin təhvil verilməsi
  • ABŞ tərəfindən terror qrupları kimi tanınan hər hansı ekstremist təşkilatlara maliyyələşməni dayandırmaq
  • Səudiyyə Ərəbistanı və digər ölkələrdən olan Qətər tərəfindən maliyyələşdirən müxalifətçilər haqqında ətraflı məlumat təqdim etmək
  • Özünü siyasi, iqtisadi və ya digər formada Körfəz Əməkdaşlıq Şurası ilə razılaşdırmaq
  • Al Jazeera-dan başqa, Arabi21 və Middle East Eye da daxil olmaqla digər xəbər agentliklərinin maliyyələşdirilməsini dayandırmaq
  • Qeyri-müəyyən məbləğdə təzminat ödəmək

Dörd ölkənin birindən olan anonim rəsmi Reuters xəbər agentliyinə bildirib ki, Qətərdən özünü İslam Dövləti (İD) adlandıran qruplaşma, əl-Qaidə və Livanın Şiə yaraqlı qrupu Hizbullah ilə əlaqələrin kəsilməyi də istənilib.

AP tərəfindən görülmüş sənədə əsasən, Qətərdən İranda diplomatik vəzifələri bağlamaq, İranın elitar İnqilab Qvardiyasının üzvlərini xaric etmək və İranla ticarəti yalnız ABŞ sanksiyalarına uyğun olaraq həyata keçirmək də istənilib.

Ərəb ölkələrində çox izlənilən Al Jazeera-nın bağlanılmasının tələb edilməsi Fars körfəzi ölkələri və Səudiyyə Ərəbistanının yaxın müttəfiqi olan Misirlə əlaqələndirmək olar.

Misir televiziya və radio yayımları şirkətini İslamçı hərəkatlar üçün platforma təmin etməkdə və yadfikirliliyə dəstək olmaqda günahlandırıb. Al Jazeera bu ittihamları rədd edib.

Bu barədə daha geniş