Londonda müsəlmanlara hücum edən şəxsə ittiham irəli sürülüb

Darren Osborne
Image caption Cənab Osborne yaxın zamanda məhkəməyə çıxarılacaq.

Londonun şimalında məsciddən kənarda yük maşınını dindarların üzərinə sürən şəxsə terror xarakterli adam öldürmə və adam öldürməyə cəhd ittihamları irəli sürülüb.

Kardiffdən olan 47 yaşlı Darren Osborn Finsbury Parkda baş verən hadisədən bir gün sonra saxlanılıb.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
London Finsbury Park avtofurqon hücumundan sonra sürücünün saxlanma anı

Dindarların məscidi tərk edərkən baş vermiş hücum bir nəfərin ölümünə, doqquz nəfərin isə yaralanmasına səbəb olub.

Kral Prokurorluq Xidməti bildirib ki, ittiham edilən yaxın zamanda məhkəməyə çıxarılacaq.

Əlaqəli mövzular

Bu barədə daha geniş