Rusiya deputatı: İD lideri Bağdadi-nin öldürülmə ehtimalı 100 faizə yaxındır

IŞİD lideri Bağdadi Fotonun müəllifi AP

Rusiya Dumasının yuxarı qanadı olan Federasiya Şurasının Müdafiə Komitəsinin başçısı Viktor Ozerov özünü İslam dövləti (İD) adlandıran qruplaşmanın lideri Əbu Bəkir əl-Bağdadi-nin ölkəsinin Suriyada həyata keçirdiyi bir hava hücumu nəticəsində öldürülməsi ehtimalının yüz faizə yaxın olduğunu söyləyib.

Rusiyanın "İnterfax" agentliyinin xəbərinə görə, Ozerov "Məlumatın 100 faiz doğru olduğunu düşünürəm" deyib.

"İD-in onu hələ heç bir yerdə nümayiş etdirməməsi həqiqəti də əl-Bağdadi-nin öldürülməsinə inanmağımızı daha da gücləndirir", - deyə Ozerov bildirb.

Ötən həftə Rusiya nümayəndələri Bağdadi-nin ölmə ehtimalının olduğunu, amma bu xəbərin təsdiqlənmədiyini açıqlamışdılar.

İD liderinin ölümüylə bağlı daha əvvəllər də belə məlumatlar yayılmışdı, amma bu məlumatlar öz təsdiqini tapmamışdı.

Harda olduğu bilinməyən əl-Bağdadi-nin 2016-cı ildə İraqın Mosul şəhərini tərk edərək Suriyaya keçdiyi ehtimal olunur.

Rusiya Aralıq dənizindən İD-ə hücum edib

Rusiyanın Araliq dənizindəki iki gəmisi və bir sualtı qayığı İD-nin Suriyadakı mövqelərinə raket zərbələri endirib.

Rəsmi Moskva hücumla bağlı Türkiyə və İsrailə əvvəlcədən xəbərdarlıq etdiyini açıqlayıb.

Rusiya Müdafiə Nazirliyi altı raketlə həyata keçirilən hücum zamanı Həma çöllüyündə qruplaşmaya aid komandanlıq mövqelərinin vurulduğunu bildirib.

Bu barədə daha geniş