Almaniya: Anti-gey maddələrilə cəzalandırılan kişilərə təzminat

Almaniya parlamenti Fotonun müəllifi DPA

Almaniya parlamenti homoseksuallıq əleyhinə maddələrlə cəzalandırılmış on minlərlə kişiyə dair çıxarılan hökmlərin ləğvini nəzərdə tutan qərara səs verib.

Qərbi Almaniyada 1994-cü ildə tam ləğv edilmiş müvafiq qanunvericilik 1871-ci ildə qəbul olunub.

Lakin o, nasistlərin hakimiyyətə gəlməsinədək nadir hallarda tətbiq olunurdu.

Qanun üzrə məhkum edilmişlər arasında 5 min adamın sağ olduğu güman edilir. Onlara 3,000 avro (5695AZN) həcmində kompensasiya və həbsdə keçirdikləri hər ilə görə 1,500 avro təzminat ödəniləcək.

Almaniyanın ədliyyə naziri Heiko Maas yeni qanunu "gecikdirilmiş ədalət aktı" adlandırıb.

"Paragraph 175" adlı qanun "istər kişilər, istərsə də insanlarla heyvanlar arasında... təbiətə zidd olan cinsi əlaqələri" qadağan edirdi. Qadınlar arasında cinsi əlaqələr heç vaxt kriminallaşdırılmamışdı.

Nasistlər dönəmində bu qanunu pozanlar 10 il müddətinə məcburi işlərlə cəzalandırılırdı.

O vaxt həbsə və yaxud da konsentrasiya düşərgələrinə 10 minlərlə məhkum göndərilmişdi. Onlardan bir çoxu heç vaxt geri qayıtmadı.

1949-1969-cu illərdə qanun mülayimləşdirilsə də, homoseksuallıq maddəsilə 50 min kişi məhkum edilib.

1994-cü ildə müvafiq ittihamlar daha 14 min kişiyə təqdim olunub.

Əlaqəli mövzular

Bu barədə daha geniş