BMT: Yəməndə dünyanın ən dəhşətli vəba epidemiyası tüğyan edir

A cholera-infected Yemeni receives treatment at a hospital amid a serious cholera outbreak in Sanaa, Yemen (22 June 2017) Fotonun müəllifi EPA
Image caption BMT vəbanın Yəmənin hər bir bölgəsinə yayıldığını deyib

Yəməndə dünyanın heç bir yerində görülməyən ən dəhşətli vəba epidemiyası tüğyan edir, Birləşmiş Millətlər Təşkilatı (BMT) xəbərdarlıq edir.

Unicef və Dünya Səhiyyə Təşkilatı tərəfindən yayımlanmış bəyanatda deyilir ki, müharibə gedən ölkədə vəbaya yoluxanların sayının 200 mini ötdüyü güman edilir.

İndiyə qədər 1,300-dən çox insanın öldüyü bildirilir, onların dörddə biri uşaqlardır. Ölənlərin sayının artacağı gözlənilir.

Bəyənatda bildirilir ki, Yəmənin müxtəlif bölgələrində xəstəliklə bağlı gündəlik təxminən 5 min müraciət daxil olur.

BMT-nin iki agentliyi bildirir ki, onlar xəstəliyin yayılmasının sürətlənməsini dayandırmaq üçün əllərindən gələni edirlər.

Fotonun müəllifi EPA
Image caption Xəstəliyin yayılmasından ən çox əziyyət çəkən uşaqlardır
Fotonun müəllifi EPA
Image caption Xəstəxanalar vəbaya yoluxmuş insanlarla dolub

Yəmənin səhiyyə, su və kanalizasiya sistemləri iki ildir davam edən müharibə nəticəsində dağılır.

Ölkə Səudiyyənin başçılıq etdiyi koalisiya tərəfindən dəstəklənən, beynəlxalq səviyyədə tanınan prezidentə loyal qüvvələrlə şiə husi üsyançıları arasında mübarizə meydanına çevrilib.

Üsyançılar paytaxt Sana da daxil olmaqla ölkənin böyük hissəsinə nəzarət edirlər

BMT deyir ki, onun əməkdaşları ərazidə evbəev gəzərək sakinlərə içməli suyun təmizlənməsi və saxlanması, həmçinin özlərini necə qorumaqları barədə məsləhət verir. Amma təmiz su çatışmır.

Vəba, vəba vibrionu bakteriyası ilə çirklənmiş qida və sudan keçən kəskin mədə-bağırsaq infeksiya xəstəliyidir.

Bu xəstəliyə yoluxmuş insanların çoxunda simptomlar ya mülayimdir, ya da özünü biruzə vermir. Amma ağır hallarda əgər heç bir tibbi müdaxilə olmasa yoluxmuş insan saatlar ərzində həyatını itirə bilər.

Müharibə Yəmənin 28 milyon əhalisindən 18,8 milyonunu humanitar yardıma möhtac edib. Təxminən yeddi milyon insan aclıq həddindədir.

Əlaqəli mövzular

Bu barədə daha geniş