Kolumbiyada gəmi qəzaya uğrayıb, ölənlər var

Survivors from the sunken boat Fotonun müəllifi AFP/Getty Images
Image caption Qəza zamanı gəmidə 170 nəfər olub

Kolumbiyanın şimal-qərbində su anbarında sərnişin gəmisinin batması nəticəsində azı altı nəfər ölüb, 16 nəfər itkin hesab olunur, rəsmilər deyir.

Qəza zamanı gəmidə 170 nəfər olub. Rəsmilər 133 nəfərin xilas edildiyini bildirib. 20-dən çox insan xəstəxanalara yerləşdirilib.

Dördmərtəbəli "Almirante" gəmisi Guatapenin populyar kurort şəhərinin yaxınlığında qəzaya uğrayıb.

Şahid Xuan Kiros BBC-ə bildirib ki, qayıq təxminən 5 dəqiqə ərzində batıb.

İstirahət qayıqları qurbanların sudan və gəminin üst göyərtəsindən daşınması üçün tez zamanda köməyə gəlib.

Bəzi sağ qalanlar şikayət edib ki, onlara xilasetmə gödəkçələri verilməyib.

Daha sonra xilasetmə əməliyyatına ordu vertolyotları və axtarış-xilasetmə dalğıcları qoşulub.

Fotonun müəllifi AFP/Getty Images
Image caption Axtarış və xilasetmə əməliyyatı davam etdirilir
Fotonun müəllifi AFP/Getty Images
Image caption Prezident Santos (mərkəzdə) vəziyyətin qiymətləndirilməsi üçün şəxsən Guatapeyə gəlib

Kolumbiya prezidenti Juan Manuel Santos bazar günü hadisə yerinə gəlib. O deyib ki, 6 nəfər həlak olub. Bundan əvvəl rəsmilər 9 nəfərin öldüyünü bildirmişdi.

Xilasetmə ilə məşğul olan yanğından mühafizə xidmətinin kapitanı Luis Bernardo Morales-in sözlərinə görə, qayıq batdığı zaman limana çox yaxın olub.

Guatape su idmanı və əyləncə tədbirləri ilə tanınan populyar kurort şəhəridir.

Əlaqəli mövzular

Bu barədə daha geniş