Salvador Dalinin qalıqları məzarından çıxarılacaq

Paris, 13 dekabr, 1972 - Salvador Dali Parisdə olduğu dövrdə Fotonun müəllifi AFP
Image caption Dali İspaniyada 1989-cu ildə vəfat edib və onun, qanuni arvadından uşaqları olmayıb

Rəssam Salvador Dalinin qalıqları atalığın müəyyən edilməsi üçün eskumasiya ediləcək.

Madrid məhkəməsinin hakimi ispan sənətçisi Salvador Dalinin qalıqlarının eskumasiya olunması barədə qərar çıxarıb.

Bu addım bir qadın tərəfindən qaldırılmış iddia ilə bağlı, atalığın müəyyən olunması üçün atılacaq.

1956-cı il təvəllüdlü bir ispan qadının bildirdiyinə görə, onun xadimə kimi işlədiyi anası 1955-ci ildə rəssamla eşq macərası yaşayıb.

Atalığı müəyyən etmək məqsədilə bioloji nümünə götürülməsi üçün Dalinin bioloji qalıqlarının və ya şəxsi əşyalarının olmadığından hakim eskumasiya haqqında qərar verib.

Fotonun müəllifi AFP/EPA
Image caption Maria Pilar Martínez iddia edir ki, Salvador dali onun atasıdır

Sürrealist rəssam İspaniyada 1989-cu ildə 85 yaşında vəfat edib.

O, Catalonia-nın şimal-şərqində, doğulduğu Figueras şəhərində, özünün layihələndirdiyi teatr-muzeydə basdırılıb.

İddiaçı, Taro kartları ilə münəccimlik edən Maria Pilar Abel Martinez adlı qadın Girona şəhərində doğulub.

O, atasının Salvador Dali olması barədə iddiasını ilk dəfə 2015-ci ildə irəli sürüb.

Maria Pilar Martinez bildirib ki, onun anası Antonina Cadaqués sözügedən dövrdə rəssamın qonşuluğunda yaşayan bir ailədə xadiməlik edib.

Antonina Cadaqués 1955-ci ildə başqa şəhərə köçüb və başqa kişiyə ərə gedib.

Maria Pilar Martínez bildirib ki, anası ona bir neçə dəfə deyib ki, Dali onun atasıdır.

Image caption Salvador Dali sürrealist əsərləri ilə məşhurlaşıb

İddia edilən eşq macərasının yaşandığı dövrdə Salvador Dalinin arvadı Gala olub.

Galanın əsl adı Yelena İvanovna Dyakonova-dır.

Cütlüyün uşaqları olmayıb.

Məhkəmə qərarında həmçinin deyilir ki, 2007-ci ildə Martinez iki valideynlik testindən keçib, lakin heç bir testin nəticəsi açıqlanmayıb.

Martinez iddiasını İspaniya hökümətinə qarşı qaldırıb, çünki Dalinin əmlakı hökümətə keçib. Məhkəmə bildirib ki, qərardan şikayət verilə bilər.

Əgər iddiaçı qadının atasının Dali olduğu təsdiqlənərsə, onda Maria Pilar Martinez, Dalinin soyadını daşımaq və onun əmlakından pay almaq hüququnu qazanacaq.

Lakin bunun üçün o, rəsmi orqanlara müraciət etməli olacaq, İspaniya mediası yazır.

Maria Martínezin vəkili eskumasiya üçün heç bir tarixin seçilmədiyini, ancaq bunun iyulun əvvəlində baş verə biləcəyini söyləyib.

Gala Dalí Fondu bu xəbərləri şərh etməyib.

Əlaqəli mövzular

Bu barədə daha geniş