Alimlər: Cənubi Amerika sağlamlıq üçün təhlükə yaradır

Карта угрозы Fotonun müəllifi EcoHealthAlliance
Image caption Xəritədəki qırmızı-narıncı ləkə qlobal epidemiyaların potensial mənbəyidir

New York şəhərində yerləşən EcoHealth Alliance tədqiqat təşkilatı "dünyanın təhlükə xəritəsini" hazırlayıb. Burada gələcəkdə insanlığın sağlamlığı üçün təhlükə ola biləcək Latın Amerikası virusların mənbəyi kimi göstərilib.

EcoHealth Alliance-n tədqiqatçıları məməlilər, onların daşıdığı virusları və həmin heyvanların insanlar ilə əlaqəsini araşdırıblar.

Onlar hesabatlarında təhlükənin ən potensial daşıyıcıları kimi yarasaları göstəriblər.

Alimlər ümid edirlər ki, əldə etdikləri məlumatlar QİÇS, Ebola və qrip kimi yeni epidemiyaların qarşısını almaqda yardımçı olacaq.

Aydındır ki, ən təhlükəli infeksiyalar insanlara heyvanlardan keçir. Ebolanın yayılmasının səbəbi yarasalar hesab olunduğu kimi, HİV virusunun da insanlara şimpanzelərdən keçdiyi düşünülür.

EcoHealth Alliance-n mütəxəssisləri qarşısında duran ən çətin tapşırıq isə növbəti epidemiyanın haradan yaranacağını müəyyənləşdirmək idi.

Bunun üçün 754 növ məməlinin daşıdığı bütün 586 virus tədqiq olunub. Buraya insanlar və digər məməlilərə də keçə bilən 188 zoonotik infeksiyalar da daxildir.

Onların bəziləri indiyə kimi ən xırda detalına kimi tədqiq olunsa da, bəzilərinə məhəl qoyulmayıb.

Fotonun müəllifi Getty Images
Image caption Yarasaların bütün növləri zoonotik infeksiyaları daşıyırlar

Buna görə də alimlər əldə olunan məlumatlardan biliklərindəki boşluqları doldurmaq üçün istifadə ediblər. Onlar, daşıyıcıların hansı növünün virusları insana keçirə biləcəyini müəyyənləşdirmək istəyirdilər.

Onların Nature jurnalında dərc olunan işində bütün yarasa növlərindən keçə bilən 17 və primat və gəmiricilər tərəfindən yoluxan 10 zoonotik infeksiyanın adı çəkilir.

Bundan sonra mütəxəssislər təhlükəli əraziləri müəyyənləşdirmək üçün bu növlər və onların daşıdıqları infeksiyaların arealını dəqiqləşdiriblər.

Fotonun müəllifi EcoHealth Alliance
Image caption Yarasaların daşıdığı viruslar qlobal təhlükə ehtiva edir və əsas təhlükə Cənubi Amerikadan qaynaqlanır

Görünən odur ki, təhlükəli gəmiricilərin əsas mənbəyi Cənubi Amerikadır.

"Potensial qaynar nöqtələr dünyanın müxtəlif hissələrində müxtəlif məməlilər üzrə dəyişir, lakin, yarasaların daşıdığı təhlükə digərlərindən daha ciddidir," tədqiqatın müəlliflərindən biri olan Dr. Kevin Olival BBC-ə deyib.

Tədqiqatın müəllifləri ümid edirlər ki, tərtib etdikləri xəritə bütün dünyanın növbəti epidemiyaya hazırlıqlı vəziyyətdə saxlayacaq.

"Bizim əsas ismarıcımız ondadır ki, bütün bu epidemiyalar insanın ətrafa təsiri ilə yaranır," Dr. Olival əlavə edib.

"Cavabımız isə budur: ovçuluq və vəhşi heyvanları məhvini aradan qaldırmaqla vəhşi təbiət ilə əlaqəni minimuma endirmək."

Fotonun müəllifi EcoHealth Alliance
Image caption Tropik ərazilərdə təhlükə primatlardan da qaynaqlana bilər

"Baxmayaraq ki, pandemiyalar zoonotik olurlar, əksər zoonotik infeksiyalar pandemiya yaratmırlar," Los Angeles-də yerləşən California Universitetindən James Lloyd-Smith deyib."

"Bu cür proqnozlar siyasətin ümumi prinsipləri yox, tədqiqat və virusların aşkarlanması üçün istifadə edilməlidir."

EcoHealth Alliance-n artıq yeni öhdəlik götürüb: quş qripi kimi zoonotik infeksiyaların mənbəyi olan quşlar üzərində tədqiqat aparmaq.

Əlaqəli mövzular

Bu barədə daha geniş