Əlcəzairlilər Ramazan bayramı üçün milli geyimləri təbliğ edirlər

Aktrisa Nəzrin Tafeş Fotonun müəllifi Twitter/@NesreenTafesh
Image caption Aktrisa Nəzrin Tafeş milli paltarda şəkil çəkdirib

Əlcəzairlər, insanları Ramazan bayramında milli paltar geyməyə həvəsləndirmək üçün #Wear_Algerian_in_Eid həşteqi yaradıblar.

Müsəlmanlar ənənəvi olaraq Ramazan ayında orucluğun bitməsini qeyd etmək üçün təzə paltar geyinirlər.

Adətən onların geyimi milli və qərb paltarların qarışığından ibarət olur, amma bu dəfəki bayram üçün bəzi istifadəçilər sosial mediada özlərinin və digərlərinin milli paltarda çəkilmiş şəkillərini paylaşıblar.

İstifadəçilərin çoxu Əlcəzair mədəniyyətini təqdir edir və digərlərini də ölkənin mədəni irsini qorumağa çağırıb.

"Paltarlarımız milli kimliyimizin və irsimizin bir hissəsidir, ölkəmizin keçdiyi tarixi mərhələlərin hekayəsini izah edir və əcdadlarımızdan bizə çatan mədəni irs növüdür", - bir Twitter istifadəçisi qeyd edib.

A Comme Algerienne adlı bloqçu "milli paltar trenddədir" qeydini və onun dediyi kimi, İnstagramda yayılan bəzəkli milli paltar kollajını paylaşıb.

#Wear_Algerian_in_Eid həşteqi bayramın ilk günündə Twitter-in ölkə üzrə trendlərində Top 10 arasında olub.

Həmçinin qeyd edilib ki, ikinci dəfədir keçirilən kampaniya bu dəfə daha uğurlu çıxıb.

"Bütün media məşhurlarımız, sənətkarlar, idmançılar və qadınlar və bütün əlcəzairlilər kampaniyaya qoşulub, bir şərhçi yazıb.

Fotonun müəllifi Twitter/@chemssouBoudraa
Image caption Müğənni Şəmsəddin Burdəə kampaniyaya qoşulanlar arasındadır

Əlaqəli mövzular

Bu barədə daha geniş