“Potensial” kimyəvi hücumla bağlı ABŞ-dan Suriyaya xəbərdarlıq

Aprel ayında İdlib əyalətində şübhəli qaz hücumu nəticəsində 80 nəfər həlak olmuşdu. Fotonun müəllifi Reuters
Image caption Aprel ayında İdlib əyalətində şübhəli qaz hücumu nəticəsində 80 nəfər həlak olmuşdu.

ABŞ Suriyada növbəti kimyəvi hücuma "potensial hazırlığın" müəyyənləşdirildiyini bildirərək Suriya hökumətinə xəbərdarlıq edib.

Ağ Ev bildirir ki, hazırkı fəaliyyət aprel ayında şübhəli kimyəvi hücumdan əvvəl keçirilən hazırlıqlara bənzəyir.

Aprel ayında onlarla insanın ölümünə səbəb olmuş hücum ardınca prezident Trump-ın əmrilə Suriya bazasına raket zərbələri endirilmişdi.

ABŞ xəbərdarlığında deyilir ki, hücum prezident Bəşər Əsədə "baha başa gələ bilər".

Aprel ayında İdlib əyalətində şübhəli qaz hücumu nəticəsində 80 nəfər həlak olmuşdu.

Suriyanın vətəndaş müharibəsində 250 mindən artıq adam həlak olub.

Bu barədə daha geniş