Google şirkətinə $2.7 milyardlıq cərimə kəsilib

Корпорация Google Fotonun müəllifi Getty Images

Google şirkəti axtarışda öz alış-veriş müqayisə saytının nəticələrini üst sətirə çıxarmaqla mövqelərindən sui-istifadə etdiyinə görə Avropa Komissiyası tərəfindən 2.42 milyard avro (2.7 mlrd. dollar) məbləğində cəriməyə məruz qalıb.

Bu indiyədək Avropa tənzimləmə qurumunun verdiyi ən iri maliyyə cəzası olub.

Google 90 gün ərzində rəqabət əleyhinə təcrübələrə son qoymasa yeni cərimələrlə üzləşə bilər.

ABŞ şirkəti apellyasiya verəcəyini bildirib.

İnternet nəhəngi 3 ay ərzində əməliyyat qaydalarına dəyişiklik etməlidir.

Əks təqdirdə o, tərkib hissəsi olduğu Alphabet şirkətinin qlobal gündəlik qazancının 5 faizi həcmində ödəniş etməyə məcbur oluna bilər.

Son maliyyə hesabatına görə bu, gündə 14 milyon dollar təşkil edir.

"Google şirkəti tərəfindən atılan addım Aİ antiinhisar qanunları baxımından qeyri-qanunidir", - Avropa İttifaqının antiinhisar qurumunun rəhbəri Margrethe Vestager deyib.

Google bundan əvvəl də ona qarşı irəli sürülmüş iddiaları qəbul etmədiyini bildirib.

"İnternetdə bazarlıq edərkən lazım olan malların tez və asan tapılmasını istəyirsən", - şirkətin nümayəndəsi Avropa Komissiyasının qərarını şərh edərkən bildirib.

Əlaqəli mövzular

Bu barədə daha geniş