Britaniya: Kraliçaya dövlət xəzinəsindən ödəniş £6m artırılır

Queen Elizabeth II Fotonun müəllifi EPA

Crown Estate şirkətinin mənfəəti 24 milyon funt artdıqdan sonra dövlət xəzinəsi hesabına Britaniya kraliçasına ayrılan ödəniş 8 faiz artıb.

Kraliçanın xərcləri, o cümlədən, qulluqçularının maaşı, səyahət xərcləri, saraylarının təmiri və saxlanması Sovereign Grant təsisatı tərəfindən ödənilir.

Sovereign Grant-ın gəlirləri 2018-19-ci maliyyə ilində 6 milyon funtdan çox artmalıdır.

Kraliçanın rəsmi xərcləri ötən il 2 milyon funt artaraq 42 milyon funta çatıb.

Kraliça və kral ailəsinin rəsmi səfərlərinin xərci 2016-17-ci maliyyə ilində 500 min funt artaraq 4.5 milyon funt təşkil edib.

Clarence House açıqladığı illik hesabata əsasən, Wales şahzadəsinin əmlakından illik gəlir 1,2 faiz artaraq 20.7 milyon funt təşkil edib.

Kral ailəsinə aid bəzi rəqəmlər

  • £ 82.2m - Kraliçanın 2018-19-cu ildə Sovereign Grant-dan alacağı məbləğ
  • £ 4.5m - Kraliçanın və kral ailəsinin 2016-17-ci ildə rəsmi səfər xərcləri
  • £ 288,697 - Royal Train xəttilə 14 səyahətin xərci
  • £ 1.2m - Windsor Castle kral qəsrində istixananın qapılarının dəyişdirilməsinin xərci
  • £ 154,000 - Rəsmi hökumət təyyarəsində şahzadə Çarlz və Camilla-nın bu ilin əvvəlində İtaliya, Rumıniya və Avstriyaya səfərinin xərci

Təhlil, Peter Hunt, kral müxbiri, BBC News

Son altı il ərzində Sovereign Grant 31 milyondan 82 milyon funtadək yüksələcək.

Bu rəqəmlər ictimai sektorunda maaşların məhdudlaşdırılması, Grenfell Tower yanğınından sonrakı, varlı və yoxsullar arasında təbəqələşmə dövrünə təsadüf edib.

Şahzadə Çarlzın iki malikanəsi arasında şəxsi təyyarədə uçuşlarının xərci £17,000 təşkil edir.

Bu krallıq institunun ölkədə tənqidçilərinə səslərini daha da ucaltmağa əsas verir.

Bu, hər il baş verir və hər il müşavirlər kral ailəsi xərclərinin azaldılması üçün çalışdıqlarını bildirirlər.

Kral ailəsinin maliyyələşdirilməsi qaydalarına 4 ildən sonra yenidən baxılacaq. Bu prosesin 2026-cı ilədək davam edəcəyi nəzərdə tutulur.

Krallıq rəsmilərinin bildirdiyinə görə, "bu qaydaların dəyişəcəyini" güman etməyə əsas yoxdur.

Bu barədə daha geniş