Əlində içki şüşəsi olan kenquru ölüsü stula bağlanmış halda tapılıb

A kangaroo jumps down the 3rd fairway during round one of the ISPS HANDA World Super 6 at Lake Karrinyup Country Club on February 16, 2017 in Perth, Australia. Fotonun müəllifi Getty Images
Image caption There are stiff penalties for unlawfully killing kangaroos and other protected wildlife

Avstraliya polisi əlində likör şüşəsi ilə stula bağlanan kenquru ölüsü tapılandan sonra hadisəni araşdırmağa başlayıb.

Təbiəti mühafizə rəsmiləri olayı "zövqsüz" hərəkət adlandırıblar. Onlar stula bağlanmaqdan əvvəl heyvana ən azı üç dəfə atəş açıldığını bildiriblər.

Hadisə barədə ötən həftə məlum olub. Lakin hadisəni təsvir edən şəkillər bu həftə, ictimaiyyətə müraciətdən sonra yayılıb.

Mühafizə olunan heyvanların qətlinə görə 27 700 ABŞ dolları həcmində cərimə və ya iki il müddətinədək həbs cəzası verilə bilər.

Xəbərdarlıq: Bəzi oxucular üçün aşağıdakı görüntü sarsıcıdıcı ola bilər.

Fotonun müəllifi Victorian State Government
Image caption Kenquru ölüsü Melbourne şəhərinə aparan yolun kənarında tapılıb. Onun əlinə boş likör şüşəsi yerləşdirilib.

Victoria ştatının Ətraf mühit, Torpaq, Su və Planlaşdırma departamenti cinayətin üstünün açılması üçün polislə əməkdaşlıq edəcəyini bildirir.

"Bu dəhşətli və əxlaqsız hərəkətdir və biz məlumatı olanları əməkdaşlığa çağırırıq", - polis sözçüsü Mike Sverns deyib.

Hökumətin ən sonuncu statistikasına əsasən Avstraliyada 34.3 milyon kenquru var.

Əlaqəli mövzular

Bu barədə daha geniş