Qətər danışıqlardan imtinaya görə Səudiyyəni qınayır

Şeyx Məhəmməd Əl-Tani və Rex Tilelrson. Washington 27 iyun 2017-ci il. Fotonun müəllifi Getty Images
Image caption Çərşənbə axşamı günü Qətərin xarici işlər naziri məsələni ABŞ həmkarı ilə müzakirə edib.

Qətər Körfəz üzrə qonşularını nəqliyyat əlaqələrini bərpa etmək barədə müzakirələrdən imtinaya görə pisləyib.

Şeyx Məhəmməd əl-Tani deyib ki, belə mövqe beynəlxalq prinsiplərə ziddir.

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir Qətəri terrorçuluğu dəstəkləməkdə ittiham edirlər. Qətər ittihamları rədd edir.

Ötən cümə günü sanksiyaların ləğvi üçün Qətərə 13 bənddən ibarət tələblər siyahısı təqdim olunub.

Fotonun müəllifi EPA
Image caption Qətər2022-ci ildə futbol üzrə dünya birinciliyinə ev sahibliyi edəcək.

Bu arada sanksiyalar Qətərə artıq təsirini göstərməkdədir.

Neft və qazla zəngin ölkə 2,7 milyonluq əhalisinin əsas tələbatlarını qarşılamaqda çətinliklərlə üzləşir.

Cümə günü 4 ölkə sanksiyaların qaldırılması üçün Qətərə 13 şərtdən ibarət tələblər siyahısını təqdim edib.

Onların arasında Al Jazeera kanalının bağlanması, Türkiyə həbi bazasının ləğvi və İranla əlaqələrin məhdudlaşdırılması barədə şərtlər əks olunub.

Səudiyyə XİN-i həmin siyahının müzakirələr üçün açıq olmadığını elan edib. Qətər tələbləri rədd edib.

Bu arada Guardian qəzetinə danışan BƏƏ-nin Rusiyadakı səfiri deyib ki, Körfəz ölkələri Qətərə qarşı yeni sanksiyaları nəzərdən keçirirlər.

Əlaqəli mövzular

Bu barədə daha geniş