Seksizm yoxsa mehribançılıq? Trump-ın kəlməsi mübahisə doğurub

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Donald Trump telefon danışığı zamanı İrlandiya jurnalistinə müraciət edir

Xanım jurnalist Caitriona Perry Donald Trump-ın mətbuat üçün brifinqində olarkən, bəlkə də gözləmirdi ki, bu hadisə iş yerində seksizm barədə debatlara təkan verəcək.

RTE şirkətinin Washington müxbiri ABŞ prezidenti və İrlandiyanın hökumət başçısı Taoiseach Leo Varadkar arasında diplomatik telefon danışığını işıqlandırmaq üçün Oval kabinetdə olub.

Lakin iki lider Leo Varadkarın yeni vəzifəsini müzakirə edərkən və ABŞ İrlandiyadan olan miqrantların sayını müzakirə edərkən Donald Trump telefon danışığı arasında xanım Perry-ə onun gülüşünə görə kompliment söyləyib.

Bu səhnə sosial mediada 8,000 dəfədən də çox paylaşılaraq ABŞ prezidentinin tərəfdarları və tənqidçiləri arasında mübahisəyə səbəb olub.

Fotonun müəllifi @CaitrionaPerry/Twitter
Image caption Perry hadisə barədə tvit edib

Bəziləri ABŞ prezidentini "şorgöz" adlandırıb, digərləri etiraz edib ki, onun sözləri xanım jurnalistə kompliment olub.

"Xanım jurnalist iş başında, iş şəraitində olub, onunla peşəsinə uyğun rəftar olunmalı idi, gülüşü hadisəyə çevrilməməli idi", Twitter istifadəçilərindən biri yazıb.

Digər bir istifadəçi yazıb: "Onun əvəzinə özümü nə dərəcədə təhqir olunmuş hiss etdiyimi təsvir etməyə sadəcə söz tapmıram".

Daha bir istifadəçi isə sual edir ki, görəsən, kişi müxbirlə də eyni tərzdə davranılardımı?

"Qadınlar artıq kompliment qəbul etmir ?"

Digər tərəfdən, çoxları Trump-ın dediklərini kompliment sayıb.

"Qadınlar artıq kompliment qəbul etmir?", bir Twitter istifadəçisi soruşub.

Daha bir istifadəçi yazıb:"Demək, sizə gözəl deyən, gözəl gülüşünüzün olduğunu deyən hər bir kişi şorgözdür? Mən adətən bunu kompliment sayıram"

Twitter istifadəçilərindən daha biri isə sual verib: "Görəsən, kişinin qadına kompliment deməsi qınaq doğurur? Bu, sadəcə gözəl bir hərəkətdir."

Caitriona Perry baş vermiş hadisəni Twitterdə paylaşdığı 25 saniyəlik videonu "inanılmaz adlandırıb".

Hadisə Trump-ın tədbirdə iştirak edən İrlandiya müxbirlərinin sayını qeyd etməkdən başlayıb.

"İndi burada xeyli sayda irlandiyalı journalist var", - o, deyib.

"Bu gözəl İrlandiya mətbuatının nümayəndələri buradadırlar".

Bundan sonra prezident Caitriona Perry-ni yanına çağırır: "Bura gəl, bura gəl, haradansan?"

"RTE -dən, Caitriona Perry", - xanım jurnalist cavab verir.

"Onun gözəl gülüşü var, güman edirəm ki, onun sizə münasibəti yaxşıdır", - prezident Trump cənab Varadkar-a telefonla deyib.

Xanım Perry isə gülüb və yerinə qayıdıb.

Bu barədə daha geniş