Qazaxstan: bərpa edilən enerjiyə keçid realdırmı?
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Qazaxıstan: bərpa edilən enerjiyə keçid realdırmı?

Mərkəzi Asiyanın ən iri iqtisadiyyatı bərpa olunan enerji mənbələri sahəsində strategiyasını bu ay ev sahibliyi etdiyi sərgidə nümayiş etdirir.

Neft və qaz ölkənin ənənəvi gəlir mənbəyidir. Lakin hasil edilən yanacağın ucuzlaşmasından sonra bu gəlirlər azalıb.

Hazırda Qazaxıstan artıma bərpa olunan enerji mənbələri hesabına nail olmaq niyyətindədir.

2050-ci ilədək o, külək, Günəş, su və atom enerjisinin həcmini 50 faizə çatdırmaq istəyir.

Bəs görəsən bu planlar nə dərəcədə realdır?

Bu suala cavab tapmağa çalışan BBC-nin Asiya bölgəsi üzrə biznes müxbiri Karishma Vaswani Astanaya üz tutub.

Əlaqəli mövzular