Trump dünyanın Amerika barədə fikrini necə dəyişib?

Trump's views on Europe
Image caption Trump bir çox ölkə haqqında mövqeyini paylaşmaqdan çəkinmir - bəs onlar Trump haqqında nə düşünürlər?

Donald Trump-n prezidentliyi "dünyanın Birləşmiş Ştatları necə görməsinə böyük təsir edib", yeni araşdırmada deyilir.

Bu il Pew Tədqiqat Mərkəzi tərəfindən aparılan sorğuda 37 ölkədən 40 mindən artıq insan iştirak edib.

Görünən odur ki, ABŞ prezidenti və onun siyasəti "dünya boyunca geniş şəkildə qeyri-populyar" hesab olunur.

Sorğuda iştirak edən 37 ölkədən yalnız ikisində, İsrail və Rusiyada cənab Trump sələfi Barack Obama-dan daha çox sevilir.

Lakin məruzədə göstərilir ki, bir çox insanlar ABŞ ilə ölkələri arasındakı münasibətin uzun illər dəyişməyəcəyinə inanırlar.

16 fevral və 8 may arası aparılan sorğunun əsas xüsusiyyətləri bunlardır:

İnsanlar Trump-a Obama-dan daha az inanırlar

Barack Obama-n səkkiz illik prezidentliyinin sonu və cənab Trump-n prezidentliyinin ilk günlərində sorğuda iştirak edən insanlarda yeni prezidentin dünyada baş verənlərlə bağlı doğru işi görüb-görməyəcəyinə dair inamı müəyyənləşdirilib.

ABŞ-n bəzi müttəfiqlərinin (və Rusiya) cavabı belə olub:

Cənab Trump vaxt itirmədən dünyada baş verənlər ilə bağlı fikrini bildirmişdi: NATO-ya üzv ölkələrin paylarına düşən məbləği ödəməsini deyərək və Körfəz ölkələrini Qətərin təcridinə təşviq edərək.

Onun prezidentliyi köhnə müttəfiqlərə də təsir göstərib. Belə ki Almaniya Kansleri Angela Merkel cənab Trump ilə görüşdən sonra, Avropanın köhnə müttəfiqinə "tamamilə arxalana" bilməyəcəyini bildirib.

Həqiqətən də, inamını daha çox itirənlər elə ABŞ-n ənənəvi müttəfiqləridir. Sorğuya əsasən, almanların 86%-i cənab Obama-ya etibar etdikləri halda, yalnız 11% Cənab Trump-a inanır.

Ofisdə beş aylıq müddəti ərzində ABŞ prezidenti İsrail, Səudiyyə Ərəbistanı və başqa ölkələrə baş çəkərək dostluqlarını daha da möhkəmləndirə bilib.

Onun İsrail ilə münasibətdəki məqsədi isə yerinə yetmiş sayıla bilər və məhz buna görə də israillilərin gözündə cənab Obama daha az məşhurdur.

Baş naziri Narendra Modi ilə bazar ertəsi günü görüşən cənab Trump-a Hindistanda da daha çox rəğbət bəslənilir - iştirakçıların 40%-i ona etibar etdiklərini söyləyib və 58% hindistanlı isə cənab Obama-ya inamlarının daha çox olduğunu bildirib.

Əksər ölkələr Trump-a xoşagəlməz münasibət bəsləyir

İştirakçılardan cənab Trump-ı təqdim olunan yeddi xüsusiyyət üzrə qiymətləndirmələri istənilib. Üç qitədən seçilən təsadüfi üç ölkənin cavablarını təqdim edirik:

"Müsbət və mənfi olmasından asılı olmayaraq, prezident Trump təqdim olunan xüsusiyyətlər arasında daha çox təkəbbürlü kimi təsvir olunub," Pew məruzəsində deyilir.

37 ölkədən 26-ında iştirakçıların yarısından çoxu cənab Trump-ı təhlükəli sayırlar.

Əslində isə bu, cavabı verənlərə görə dəyişir - solçuluğa meylli insanlar onu daha təhlükəli sayırlar. Peru və Braziliyada siyasi baxışları daha mərkəzçi olanlar da bundan narahatdırlar.

Cənab Trump-ı güclü lider kimi görən ölkələr də az deyil - xüsusilə də Latın Amerikası və Afrika ölkələri buna həqiqətən inanırlar. İşin ən mənfi tərəfi, çox az ölkədə onun prezident kimi səriştəli olduğuna inanılmasıdır.

Səyahət qadağası ABŞ-n imicini zədələyib

Nəticələr, Prezident Trump-n əsasən müsəlmanlardan ibarət altı ölkənin vətəndaşları üçün səyahət qadağasına qarşı ABŞ Ali Məhkəməsinin qadağanın qismən qaldırılması ilə bağlı qərarından bir neçə saat sonra təqdim olunub.

Aşağı instansiya məhkəmələrində bloklanan qadağa, 37 ölkənin sorğuda iştirak edən 67% sakini tərəfindən pis qarşılanıb.

Yalnız üç ölkə, İsrail, Macarıstan və Rusiyanın əksər vətəndaşları qadağanı dəstəkləyib.

Əksəriyyəti müsəlmanlardan ibarət ölkələrdə qadağanın pis qarşılanması heç təəccüblü hal deyil: İordaniya (96%), Livan (88%) və Seneqal (82%) sakinləri xüsusilə narazıdırlar.

Fotonun müəllifi AFP/Getty Images
Image caption Etirazçı prezident Donald Trump kimi geyinib, iyun 11 2017-ci il, Hollivud, Kaliforniya

Bunların heç biri əhəmiyyət kəsb etmir

Bunu biz yox, Pew və əməkdaşları tərəfindən sorğuya tutulan 40,447 iştirakçıdan çoxu deyir.

İnsanlar Trump-n onların ölkələri üçün daşıdığı məna barəsində narahat olsalar da və bir çoxları onu təkəbbürlü və təhlükəli görsə də, əksəriyyət onun prezidentliyinin özlərinə hansısa təsir edəcəyinə inanmır.

Əlbəttə ki, hamı belə düşünmür, fəqət, 41% insan onların ölkəsinin ABŞ ilə olan münasibətinin eyni qalacağını düşünür.

Ümumi nəticə əsasında 15% insan əlaqələrin möhkəmlənəcəyinə inanır.

Bəzi ölkələrdə isə göstərici çox optimistikdir. Xüsusilə də Afrika ölkələrində: nigeriyalıların 54 və qanalıların 51%-i hər şeyin daha yaxşı olacağını düşünürlər, eləcə də, sorğuya əsasən Trump-lı Ağ Evin daha optimistik təsir bağışladığına inanan 53% rusiyalı.

Bəs ABŞ ilə getdikcə soyuq münasibətə düçar olan ölkə hansıdır? Çox güman ki, Meksika.

Bəs evdə?

Sorğu daha çox beynəlxalq münasibətin aşkarlanmasına köklənsə də, Pew təqdim etdiyi yeni məruzədə cənab Trump-ın yanvar ayında fəaliyyətinə başlamasından sonra, reytinqinin aşağı düşdüyü göstərilib.

Burada göstərici 7% aşağı düşüb: yalnız 39% amerikalı onun yaxşı iş bacardığını düşünür.

Lakin, öz partiyasında Cənab Trump-n tərəfdarları daha çoxdur. Respublikaçılar və onlara meylli insanların 81%-i prezidenti dəstəkləyir və özlərini qatı mühafizəkar adlandıran 88% insan ona rəğbət bəsləyir.

Əlaqəli mövzular

Bu barədə daha geniş