Şeyx Cornwall rayonunda kənd kilsəsini almağa kömək edib

Godolphin Fotonun müəllifi Google
Image caption Kəndlilər kilsəni icma mərkəzinə çevirmək istəyirlər

Dubayın əmiri Şeyx Məhəmməd ibn Rəşid əl-Məktum Britaniyanın Cornwall rayonunda yerləşən bir kəndin sakinlərinə öz kilsəsini almağa kömək edib.

Godolphin Cross kəndinin sakinləri pul tapmadıqları halda əlacıszlıqdan ona email yazaraq kömək istəyiblər.

Kənd şeyxə məxsus olan məhşur Godolphin tövlələrilə eyni ada sahibdir, Cornwall Live xəbər verir.

Godolphin Cross İcma Assosiasiyasının üzvü Richar Mckie deyib: "Biz çox minnətdarıq."

Kilsəni alıb icma mərkəzinə çevirmək istəyən qrup 115 min funt sterliq (252.000 manat) qiyməti olan kilsəni almaq üçün sadəcə 25 min funt (54.700 manat) yığa bilib.

Image caption Kənd şeyx Məhəmmədə məxsus olan məhşur Godolphin tövlələrilə eyni ada sahibdir

Şeyx Məhəmmədin nə məbləğlə kömək göstərdiyi məlum deyil, lakin cənab Mckie deyib ki, onun köməyi "bizi xəttin üzərindən itəliyərək keçirib".

Qrup lazımı qədər pul yığa bilmədikdə, əlacsız kəndlilərdən biri, Valerie Wallace, şeyxlə əlaqə saxlamağı təklif edib.

"Əvvəla düşündük ki, heç bir nəticəsi olmayacaq, amma sonra Abu Dabi-dən zənglər almağa başladıq", cənab Mckie deyib.

"Biz düşündük ki, kimsə bizi ələ salır", o deyib.

Kəndə səfərə dəvət edilən şeyxdən şərh almaq mümkün olmayıb.

Bu barədə daha geniş