Britaniya: İD Mosulda "son oyunla" üzləşir

Female Kurdish fighter Fotonun müəllifi Reuters
Image caption Raqqa-da İD-ə qarşı koalisiyada vuruşan kürd qadın döyüşçü

Özünü İslam Dövləti (İD) adlandıran qrup, 2014-ci ildə təbliğatını başladığı İraq şəhərində "son oyun"la üzləşir, Britaniyanın müdafiə naziri bəyan edib.

Ser Michael Fallon bildirib ki, Kral Hava Qüvvələri (RAF) İraq qüvvələrinə dəstək olaraq Mosulu azad etmək üçün 700-dən çox hədəfi vurub.

İD, həmçinin Suriya şəhəri Raqqa-da ərazi itirir, nazir əlavə edib.

Nazir bunları 85 Britaniya hərbçisinin təlim üçün Əfqanıstana göndərilməsini təsdiq etmə ərəfəsində, NATO görüşündən öncə söyləyib.

Ölkədə hazırda 500-dən artıq Britaniya hərbçisi var.

Fotonun müəllifi Reuters
Image caption İraq qüvvələri Mosulda uğur qazanmaqda davam edirlər

ABŞ-ın rəhbərlik etdiyi koalisiya son aylarda hücumları artırıb, RAF da son 25 ildə özünün ən yüksək əməliyyat tempinə uyğun işləyir.

Böyük Britaniya qüvvələri Raqqa-da Suriya Demokratik Qüvvələrin dəstəyi ilə 69 hədəfə zərbə endirib, nazir Fallon bunu İD-in məğlubiyyətə doğru "dönməz dinamika və tərəqqi" adlandırıb.

Britaniya həmçinin İD-ə qarşı kiber hücumlar həyata keçirir.

Müdafiə nazirliyi bildirib ki, Əfqanıstanda təlim missiyası Böyük Britaniyanın terrorla mübarizə və sabitlik qurmaq səyləri barədə götürdüyü qlobal öhdəliyin bir hissəsidir.

Bu barədə daha geniş