Ronaldo Portuqaliyanın məğlubiyyəti ardınca əkiz atası olduğunu təsdiqləyib

Ronaldo 28 iyun, Çili komandasına məğlubiyyətdən sonra Fotonun müəllifi EPA
Image caption Məlumata görə Ronaldo dünyaya yeni gələn körpələrini görmək üçün ABŞ-a yola düşüb.

Rusiyada keçirilən Konfederasiyalar Kubokunun yarımfinalında məğlub olmuş Portuqaliya millisinin kapitanı Cristiano Ronaldo əkizlərin atası olduğunu elan edib.

Portuqaliya mediası uşaqların ABŞ-da, surroqat ana vasitəsilə dünyaya gəldiyini bildirib.

Onlardan biri oğlan, digəri isə qızdır.

Cristiano Ronaldo bu məlumatı komandasının Çiliyə penaltilərlə məğlubiyyəti ardınca açıqlayıb.



"Mən nəhayət öz uşaqlarımla ilk dəfə bərabər olmaqdan çox məmnunam", - futbol ulduzu Facebook-unda yazıb.

Fotonun müəllifi EPA
Image caption Bu ayın əvvəlində Çempionlar Liqasında Real Madridin qələbəsindən sonra: Cristiano Ronaldo rəfiqəsi Georgina Rodriguez və oğlu Cristiano Ronaldo Jr ilə birlikdə.

Ronaldo-nun artıq bir oğlu var. O, 2010-cü ildə doğulub.

Təsdiqlənməmiş məlumatlara görə əkizlər 8 iyunda dünyaya gəlib.

SIC TV kanalına əsasən qız və oğlana Eva və Mateo adları verilib.

Fotonun müəllifi PA/Cristiano Ronaldo
Image caption Ötən ay Cristiano Ronaldo rəfiqəsi Georgina Rodriguez-lə birgə təsvir olduğu fotoşəkli İnstagrama yerləşdirmişdi.

Əlaqəli mövzular

Bu barədə daha geniş