Petya virusu pulla "bağlı olmayıb"

PC Fotonun müəllifi PASHAIGNATOV

Dünya boyunca baş verən kiberhücumlarda istifadə edilmiş Petya adlı zərərli proqram pul tələb etmək üçün istifadə olunmayıb, internet təhlükəsizliyi üzrə ekspertlər belə güman edir.

Mütəxəssislərə əsasən virus məlumat bazasını məhv etmək məqsədini güdüb.

Kompüterlərə yol tapan proqram şifrələdiyi faylları açmaq üçün 300 dollar ekvivalentində bitkoinlə ödəniş tələb edib.

Bir sıra təhlilçi hesab edir ki, virus sırf məlumatları pozmaq üçün yaradılıb.

Bu qənaətdə olanlara görə zərərli proqramın "aqressiv" cəhətləri faylların bərpasını nəzərdə tutmur.

İnternet təhlükəsizliyi üzrə Comae şirkətinin nümayəndəsinə əsasən Petya sırf pul tələb edən proqramdan daha çox faylları silən proqram növlərinə aid edilə bilər.

"Faylları silən proqramın məqsədi zərər yetirib məhv etməkdir", - Matt Suiche deyir.

Onun sözlərinə görə, Petya virusuna yoluxan kompüterlərdəki pul tələbi isə medianın marağını cəlb etmək üçün işə salınan fənd ola bilər.

Təhlilçilər deyir ki, Petya proqramında faylları deşifrə edən açarlar olmayıb.

Çərşənbə axşamı günü dünya boyunca müxtəlif qurumlar virus hücumuna məruz qaldıqlarını bildiriblər. Onlar arasında biznes, dövlət və ictimai qurumlar olub.

May ayında WannaCry virusu vasitəsilə 140 ölkədə 200 min kompüter üzərinə hücum həyata keçirilmişdi.

Əlaqəli mövzular

Bu barədə daha geniş