Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü planlaşdırılır

Nalbandyan and Mammadyarov Fotonun müəllifi Getty Images
Image caption Ermənistanın xarici işlər Naziri Edvard Nalbandyan və Azerbaijan xarici işlər naziri Elmar Məmmədyarov 2016-cı ilin aprel ayında Müstəqil Dövlətlər Birliyinin xarici işlər nazirlərinin keçirdiyi görüşdə iştirak ediblər.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) təşkilatçılığı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə hazırlıqlar keçirilir, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev BBC Azərbaycancaya bildirib.

Cənab Hacıyev bildirib ki, ATƏT Minsk Qrupu həmsədrlərinin regiona son səfəri zamanı görüşün keçirilməsinə dair təklif Azərbaycana təqdim edilib.

ATƏT-in Minsk Qrupu həmsədrləri Richard Hoagland (ABŞ), Stephane Visconti (Fransa) və İqor Popov (Rusiya), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Andrzey Kasprzyk Azərbaycana iyunun 19-u səfər ediblər.

Hikmət Hacıyev Azərbaycanın "subsantiv danışıqların həmişə tərəfdarı" olduğunu vurğulayıb və görüşün Avstriyanın Mauerbax şəhərində keçiriləcəyinə dair məlumatı təsdiqləyib.

Lakin, o, bu görüşdə Minsk Qrupu həmsərdlərinin də iştirak edəcəyinə dair xəbərlər barədə məlumatı olmadığını bildirib.

Bundan əvvəl Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin son görüşü bu ilin aprel ayında Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun təşkilatçılığı ilə Moskvada baş tutub.

Minks Qrupu həmsərdlərinin regionda bu ay keçirdikləri görüşlər ərəfəsində cəbhə xəttində intensivləşən döyüşlər nəticəsində bir neçə Azərbaycan və Ermənistan əsgəri həlak olub.

Keçən ilin aprel ayında baş vermiş hərbi əməliyyatlar nəticəsində hər iki tərəf ümumilikdə onlarla itki verib.

Bu barədə daha geniş