Trump-ın müsəlmanlara qadağası qüvvəyə minir

Hanadi Al-Hai (R) welcomes her mother travelling from Jordan on a Yemeni passport in Los Angeles, California (June 29, 2017) Fotonun müəllifi Reuters
Image caption Bu qərar nənə-babalara, xala, dayı, bibi, əmilərə, qardaş-bacı uşaqlarına aid deyil

Dünyanın altı müsəlman ölkəsinin vətəndaşları və bütün qaçqınların ABŞ-a daxil olması artıq olduqca çətinləşir.

Səbəb Prezident Donald Trump-ın mübahisələr doğurmuş qadağasıdır.

Bu o deməkdir ki, ABŞ-da ən yaxın ailə üzvləri və ya biznes əlaqələri olmayan şəxslərə viza verilməyə və ya giriş qadağan edilə bilər.

ABŞ aeroportlarında hüquqşünaslar yerləşdirilib ki, insanlara pulsuz məsləhətlər verilsin.

Hələ ki, aeroportlarda qarışıqlıq gözə dəymir, halbuki yanvar ayında bu qadağanın ilk versiyası qüvvəyə minəndə xaos yaşanmışdı.

Bu isə ona görədir ki, fərman, artıq vizası və ya yaşıl kartı olan şəxslərə şamil edilmir.

Bazar ertəsi Ali Məhkəmənin qərarı ilə Trump-ın müvəqqəti qadağa siyasəti qüvvəyə minib.

Ancaq hakimlər deyib ki, ABŞ-da ailəsi olan şəxslərə istisnalar ediləcək. Bu o deməkdir ki, altı müsəlman ölkəsindən ABŞ-da həyat yoldaşı, valideyni, uşağı və ya bacı-qardaşı olanlar ölkəyə buraxılacaq.

Bu qərar nənə-babalara, xala, dayı, bibi, əmilərə, qardaş-bacı uşaqlarına aid deyil.

Trump adminstrasiyası son anda dəyişiklik edərək, "yaxın ailə" ifadəsinə nişanlıları da aid edib.

Qərar İran, Liviya, Suriya, Somali, Sudan və Yəmən vətəndaşlarına, eləcə də, bütün qaçqınlara aid edilir.

Bu barədə daha geniş