Rus telekanalı geylərə ölkəyə qayıtmamaq şərtilə təyyarə bileti təklif edir

TV-nin aparıcısı Andrei Afanasyev bildirib ki, təklif zarafat deyil Fotonun müəllifi FACEBOOK/TSARGRAD TV
Image caption TV-nin aparıcısı Andrei Afanasyev bildirib ki, təklif zarafat deyil

Rusiyanın dini telekanalı gey insanlara bir istiqamətdə gediş üçün təyyarə bileti təklif edir.

Tsarqrad TV sosial mediada yayımladığı videoda qayıtmamaq şərtilə xaricə təyyarə bileti uğrunda yarışmağı təklif edib.

"Bu yaxınlarda, ABŞ-ın ən liberal ştatı California rusiyalı pozğunlara yaşıl kart verəcəyini deyib", TV-nin aparıcısı Andrei Afanasyev bildirib.

Bu kanal hər zaman LGBT insanlar haqqında danışarkən təhqiredici kəlmələr istifadə edir.

"Tsarqrad TV-nin əməkdaşları bu təşəbbüsü dəstəkləyir. Bundan başqa biz, səmimiyyətlə emiqrasiya etmək istəyən və sodomit və ya digər formada pozğunluğu olan hər kəsə bir istiqamətdə təyyarə bileti verməyə hazırıq", o bildirib.

"Biz həqiqətən də sizin günahlarınızı açıq şəkildə işləyə biləcəyiniz yerə köçməyinizi istəyirik".

Ancaq Afisha Daily saytına danışan rusiyalı seksoloq deyib ki, belə bir tibbi arayış almaq mümkün deyil, çünki seksual orientasiya xəstəlik hesab olunmur.

Fotonun müəllifi FACEBOOK/TSARGRAD TV
Image caption TSARGRAD TV dini kanalı geylərə Amerikaya köçməyi məsləhət verib

Tsarqrad peyk telekanalıdır və Xrisitan Pravoslav dəyərlərini təbliğ etmək üçün yaradılıb.

Onun adı Konstantinopol mənasını verir - bu ad dini və siyasi baxışlarının göstəricisidir.

Telekanal Rusiya əhalisinin dörddə birinin onun auditoriyası olduğunu iddia edir.

Onun yaradıcısı Konstantin Malofeev tanınmış biznesmendir və Prezident Vladimir Putini dəstəkləyir.

Tsarqrad tez-tez Qərb ölkələrini "düşük mənəviyyatlarına" görə tənqid edir.

Əlaqəli mövzular

Bu barədə daha geniş