Argentinada “əsrin toyu”: Lionel Messi-nin nikah mərasimi şəkillərdə

Lionell və Antonella Fotonun müəllifi Reuters
Image caption Messi gələcək xanımını ilk dəfə 6 yaşında ikən görüb.

Argentinalı futbolçu Lionel Messi uşaqlıqdan tanış olduğu Antonela Roccuzzo ilə evlənib.

"Əsrin toyu" adlandırılan mərasim futbolçunun doğma Rosario şəhərindəki dəbdəbəli hoteldə keçirilib.

260 dəvətli arasında incənət və idman ulduzları, məşhur şəxslər olub.

Qonaqlar arasında Luis Suárez, Neymar, Gerard Piqué və onun xanımı, kolumbiyalı pop ulduz Shakira nəzərə çarpıb.

Tədbirdə təhlükəsizlik yüzlərlə polis tərəfindən təmin edilib.

30 yaşlı Messi, və 29 yaşlı Roccuzzo futbolçunun 13 yaşında ikən, İspaniyaya köçməsindən əvvəl tanış olublar.

Argentinanın Clarín qəzeti mərasimi "ilin toyu" və "əsrin toyu" kimi səciyyələndirib.

Fotonun müəllifi AFP
Image caption Messi-nin komanda üzvləri olmuş Xavi Hernandez, Cesc Fàbregas və Carles Puyol partnyorları ilə birlikdə.
Fotonun müəllifi AFP
Image caption Qırmızı xalçada: Argentina millisinin futbolçusu Ezequiel Lavezzi.
Fotonun müəllifi AFP
Image caption Gerard Piqué (solda) və onun xanımı Shakira Rosario aeroportunun işçiləri ilə birgə şəkil çəkdiriblər.
Fotonun müəllifi Reuters
Image caption Rosarioda toy mərasiminin keçirildiyi otelin qarşında toplaşan adamlar.
Fotonun müəllifi AFP / Getty Images
Image caption Mərasimdən əvvəl rəssam Lisandro Urteaga divarda Messi-nin portretini çəkir.
Fotonun müəllifi AFP / Getty Images
Image caption Messi xanımı və iki uşağı ilə futbol meydançasında.
Fotonun müəllifi AFP / Getty Images
Image caption Dəvətlilər arasında Uruqvaylı futbolçu Luis Suárez da olub.

Əlaqəli mövzular

Bu barədə daha geniş