Səudiyyə Ərəbistanı: Qətərə sanksiyalar davam edəcək

A man writes on a painting depicting Qatar's Emir Sheikh Tamim Bin Hamad Al-Thani in Doha, Qatar, 2 July 2017 Fotonun müəllifi Reuters
Image caption Bu şəkildə təsvir edilən Qətər əmirinin məktubu bazar ertəsi günü Küveytə təqdim ediləcək

Səudiyyə Ərəbistanı bildirib ki, Qətər qonşularının tələblərini qəbul etməsə sanksiyalar davam edəcək.

İyunun 3-də Səudiyyə də daxil olmaqla, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Misir və Bəhreyn Qətərə təqdim etdikləri tələblər siyahısını qəbul edilməsi üçün ölkəyə verdikləri müddəti 48 saat uzadıblar.

Qətər bu tələbləri yerinə yetirmədiyi halda digər ərəb ölkələri ilə əlaqələrinin bərpa olunması təklifi geriyə götürüləcək və ona qarşı tətbiq edilən iqtisadi və siyasi sanksiyalar daimi olacaq, BƏƏ rəsmiləri BBC-ə bildirib.

Bundan əvvəl Əl-Cəzirə media şəbəkəsinin bağlanılması daxil olmaqla Qətərə verilən 13 tələbin yerinə yetirməsinə bazar gününə qədər vaxt verilmişdi.

Qətər terroru maliyyələşdirməsinə dair iddaları rədd edir və tələblərə rəsmi cavabını bazar ertəsi günü təqdim edəcəyini deyib.

Qətər tələbləri "beynəlxalq qanun və birliyə" təhqir adlandırıb.

Bazar ertəsi günü Qətərin Xarici İşlər Naziri Şeyx Məhəmməd ibn Əbdurrəhman əs-Sani Qətər və digər Körfəz ölkələri arasında vasitəçilik edən Küveytə səyahət edərək Küveyt əmirinə Qətər əmirinin tələblərə cavab olan məktubunu ötürəcək.

Şənbə günü Qətərin xarici işlər naziri ölkəsinin tələbləri rədd etdiyini, lakin "münasib şəraitdə" dialoqa hazır olduğunu deyib.

Nazirin Küveytə səfərindən bir qədər əvvəl Qətəri təmsil edən vəkillər bəyanat yayaraq, Körfəz ölkələrinin hərəkətlərinin "başqa ölkələrə "hədə qorxu gəlməklə" tarixən müharibə ilə nəticələn ölkələrin hərəkətlərini" xatırlatdığını deyiblər.

"Dünya Qətərin bu cür əssasız şəkildə cəzalandırılmasını və alçaldılmasını hədəfləyən hərəkətlərə qarşı birlik nümayiş etdirib regionda sabitlik, təhlükəsizlik və tərəqqini təmin etməlidir", onlar əlavə edib.

Fotonun müəllifi Getty Images
Image caption Şənbə günü Qətərin xarici işlər naziri ölkəsinin tələbləri rədd etdiyini, lakin "münasib şəraitdə" dialoqa hazır olduğunu deyib

Son bir neçə həftə ərzində Qətərin bəzi qonşuları Səudiyyə Ərəbistanı və onun müttəfiqləri olan Misir, BƏƏ və Bəhreynin təzyiqlərinə məruz qalıb.

Qətərə tələblər siyahısını iyunun 23-ü təqdim edən Körfəz dördlüyünün xarici işlər nazirləri çərşənbə günü vəziyyəti müzakirə etmək üçün görüşəcəklər.

Dördlüyün tələblərı arasında həmçinin Türkiyənin Qətərdəki hərbi bazasının bağlanması və İranla diplomatik əlaqələrin məhdudlaşdırılması da var.

Dördlüyün Qətərə qarşı tətbiq etdiyi sanksiyalar 2,7 milyonluq əhalisinin yaşamı üçün idxaldan asılı olan neft və qaz ölkəsində gərginliyə səbəb olub. Lakin nəticədə, Türkiyə və İran, Qətəri ərzaq və idxalı məhdudlaşdırılmış digər mallarla təmin ediblər.

Dördlük Qətəri regiondaki rəqibləri kimi gördükləri Müsəlman Qardaşlarını dəstəkləməkdə təqsirləndiriblər. Bu quruma Əl-Cəzirə kanalında səs verilməsi kral ailələrinin rəhbərlik etdiyi bəzi Körfəz ölkələrində təhlükəli siyasi qüvvə kimi qiymətləndirilir.

Qətər tələbləri qəbul etmədiyi təqdirdə, dördlük qonşusunu əlavə sanksiyalarla hədələyib.

Hazırkı vəziyyət onilliklər ərzində Körfəz ölkələri arasında yaranan ən gərgin siyasi böhrandır.

Bu barədə daha geniş