Səudiyyə jurnalisti kralı mədh etdiyi üçün cəzalandırılıb

Король салман Fotonun müəllifi Getty Images
Image caption "Əl-Cəzirə" qəzetinin jurnalisti kral haqqında "əl-həlim"(rəhmli) və "şadid əl-iqab" (cəzalandıran) epitetlərindən istifadə edib

Səudiyyə Ərəbistanındakı qəzetlərdən birinin köşə yazarı müvəqqəti olaraq işdən kənarlaşdırılıb. Buna səbəb isə onun ölkə kralı Salman bin Əbdüləziz əs-Səid haqqında yalnız Allaha məxsus epitetlərdən istifadə etməsi olub.

Jurnalist kralın tələbi ilə cəzalandırılıb.

"Əl-Cəzirə" qəzetinin jurnalisti kral haqqında "əl-həlim"(rəhmli) və "şadid əl-iqab" (cəzalandıran) epitetlərindən istifadə edib.

"Əl-Həlim" epiteti islamda Allahın 99 adından biri sayılır. "Şadid əl-iqab" epiteti bu siyahıya daxil olmasa da, Allahı təsvir edən ənənəvi epitetlərdən biridir.

İslam qaydalarına görə, hər iki epiteti insanlara qarşı istifadə etmək arzu olunmazdır. Səudiyyə Ərəbistanının "Əl-Cəzirə" qəzetinin Qətərin eyni adlı telekanalına və media holdinqinə aidiyyatı yoxdur.


Həmçinin oxuyun:


Yerli kütləvi informasiya vasitələrinin yazdığına görə, bu tərifləyici mətndən kralın özü də narazılığını bildirib. O, öz narazılığını informasiya nazirinə bildirib və yazar işdən kənarlaşdırılıb.

Ötən həftənin bazar günü "Əl-Cəzirə" qəzeti dərc olunan məqaləyə görə üzr istəyib.

"Allahın krala bəxş etdiyi bütün xeyirlərə baxmayaraq" ona qarşı ilahi epitetlərin istifadə olunması yol verilməzdir.

Səudiyyə ərəbistanında əsas din İslamın vəhhabilik təriqətidir. Vəhhabilik XVIII əsrin ərəb ilahiyyatçısı Məhəmməd ibn Abd əl-Vəhhabinin şərəfinə adlandırılıb.

Vəhhabiliyin tərəfdarları islama gətirilən yeniliklərin əleyhinədirlər.

Bu barədə daha geniş