Gürcüstan: kişi öz qəbrinə baş çəkib

Gürcüstanda qəbirlərin ziyarətinə şərab və yemək gətirib.
Image caption Slava Gürcüstandakı ənənəyə uyğun olaraq qəbirlərin ziyarətinə özü ilə rənglənmiş yumurta, şərab və digər yemək gətirib.

Gürcüstanın Batumi limanından 80 km məsafədə yerləşən kəndin sakini Slava Bruşkov, həbsxanada qısamüddətli cəzasını çəkərkən, ölü elan edildiyini eşidib.

Azadlığa çıxdıqdan sonra, o, mütəmadi olaraq məzarını ziyarət edir və ona diqqət yetirir, Gürcüstanın İberia xəbər kanalı bildirib.

Xəbərə əsasən, kənd əhalisi Bruşkovun yoxa çıxdığını görərək onu ölü hesab edib.

Fotonun müəllifi Rustavi-2 TV
Image caption Slava Bruşkov həbsxanada olan zaman ölü elan edildiyini eşidib.

Bruşkovun qohumları olmadığından, onun həbsxanaya düşdüyündən heç kimin xəbəri olmayıb.

Bruşkovun yoxa çıxması barədə polisə xəbər verilib.

Təxminən həmin ərəfədə çöldə tanınmamış hala düşmüş bir kişi cəsədi tapılıb. Rəsmilər həmin cəsədin Bruşkovun olduğunu güman edərək, cəsədi onun valideynlərinin məzarı yanında basdırıblar.

Rustavi-2 televiziya kanalına danışan Slava Bruşkov deyib ki, həbsxana rəhbərliyini baş vermiş səhv barədə xəbərdar etməyə çalışıb.

"Mühafizəçiyə dedim ki, mən sağam, sizin həbsxanada artıq 3 aydır ki, saxlanılıram", o bildirib.

Ancaq valideynlərinin məzarı yaxınlığında onun özünün sayıldığı məzarın peyda olduğu barədə xəbəri olmayıb.

"Həbsxanadan çıxıb, anamın və atamın məzarına baş çəkməyə getdim və orada daha bir yeni məzar gördüm, - Bruşkov deyib. - Orada kimin bastırıldığı barədə xəbərim olmayıb".

Buna baxmayaraq, Brushkov yeni qəbirin də qayğısına qalıb.

Pasxa bayramı günlərində, Gürcüstandakı ənənəyə uyğun Slava özü ilə qəbirlərin ziyarətinə rənglənmiş yumurta, şərab və digər yeməklər gətirib.

Gürcülər, adətə görə bütün qəbirlərə, hətta baxımsız qalmışlara da, baş çəkib, orada basdırılanları yad edirlər.

Bruşkovun yaşadığı İmereti bölgəsində bu adət daha geniş yayılıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş