Alimlər: Kanalizasiyaya axıdılan maddələr erkək balıqları dişiyə çevirir

рыба в руке Fotonun müəllifi Getty Images
Image caption Kimyəvi maddələrin təsirinə düşən balıqlar daha az aqressiv olur və yırtıcılara daha zəif reaksiya verirlər

Mənzillərin unitaz və əl-üzyuyanlarından bol-bol kanalizasiyaya axan kimyəvi maddələr daha sonra çaylara düşür və balıqların orqanizmində qəribə dəyişikliklərə səbəb olur, Britaniya alimləri deyirlər.

Kimyəvi maddələrdən ibarət kokteyl erkək balıqların orqanizmində onları özlərini dişi kişmi aparmağa məcbur edən mexanizmi işə salır.

İngiltərənin Exeter Universitetindəbn professor Charles Tylor deyir ki, burada söhbət ilk növbədə şirin su (çay) balıqlarından gedir.

Onun müşahidələrinə görə Britaniya çaylarındakı erkək balıqlar daha az aqressivlik nümayiş etdirir, rəqabətə maraqlarını və spermlərinin keyfiyyətini itirirlər.

Bəzi balıq növlərində isə erkəklər hətta kürü tökməyə başlayır.

Balıqlara belə təsir göstərməsi ehtimal edilən maddələrdən biri də, professorun fikrincə, hamiləliyə qarşı preparatlara daxil olan inqrediyentlərdir. Kosmetika və plastik kütlənin bir sıra növləri də belə təsirə malik ola bilər.

Alimin sözlərinə görə, belə dəyişikliklər Britaniya çaylarındakı balıqların 20 faizinə təsir edib.

Dəyişikliklər balıq davranışının müxtəlif aspektlərində baş verir.

"Tədqiqatlar göstərib ki, təmizlənmiş suyun çaylara axıdılması nəticəsində çaylara düşən maddələr balıqların davranışına təsir göstərir. Məsələn, antidepressantlar balıqların təbii ürkəklik hissini kütləşdirir və nəticədə bu onların yırtıcılara reaksiyasını azaldır" professor deyir.

2009-cu ildə Rochester Universitetinin apardığı tədqiqat nəticəsində məlum olub ki, ana bətnində plastmasda olan kimyəvi maddələrin təsirinə məruz qalan oğlan uşaqları doğulduqdan sonra maşın kimi oyuncaqlara biganə olur, oğlanların oyunlarına həvəssiz qatılır və adətən dava-dalaşa girişmirlər.

Alimlər bildirirlər ki, plastmasın tərkibində olan bəzi maddələr qadın hormonu olan estrogeni xatırladır.

Əlaqəli mövzular

Bu barədə daha geniş