Kolumbiyada üç kişinin "nikahı" qanuniləşdirilib

Alejandro Rodriguez, Manuel Bermudez ve Victor Hugo Prada Fotonun müəllifi AFP
Image caption Soldan sağa Alejandro Rodriguez, Victor Hugo Prada və Manuel Bermudez Kolumbiyada və dünyanın ilk rəsmiləşmiş üçlüyüdür

Kolumbiyada üç kişinin ictimai birliyə girməsinə qanuni şəkildə icazə verilib. Medellin şəhərinin notariusundan aldığı bu qərar 3 kişinin birliyini qanuniləşdirən ilk qərardır.

Guardian qəzetinin məlumatlına görə, Alejandro Rodriguez, Manuel Bermudez ve Victor Hugo Prada, Medellin şəhərində notariusun icazəsilə üçlükdən ibarət ictimai birlik qurublar.

23 yaşlı Victor Hugo Prada Guardian qəzetinə verdiyi açıqlamada deyib ki, "şəxsi olanı hər kəsə açmaq istədik. Bunu özümüzə saxlamağımız üçün bir səbəb yoxdur. İnsanlara fərqli sevgi və ailə quruluşlarının mövcud olduğunu başa düşmələri üçün kömək edirik".

Yerli media hadisənin dünyanın ilk üçlük eynicinsli nikahı olduğunu deyib.


Həmçini oxuyun:


Lakin üçlüyün sənədlərini hazırlayan vəkil, German Rincon-Perfetti ictimai birliyi qanuni şəkildə nikah sayılmadığını deyib.

"Kolumbiya qanunlarına əsasən nikah iki nəfər arasında olur. Ona görə biz yeni bir söz icad eləməli olduq - xüsusi kişi birliyi."

Sənəd üçlüyün bir ailə olduğunun və birlikdəki hər şəxsin digərlərinin həyat yoldaşı olduqlarını bildirir.

"Biz bir yerdə yaşayan dostlar deyilik. Biz bir ailəyik, bir üçlüyük", Prada deyib.

"Biz bundan da əvvəl bir ailə idik. Sənədlər bunu sadəcə rəsmiləşdirir", o əlavə edib.

Fotonun müəllifi AFP

"Dördlük mərasimi"

Bermudez və Rodriguez 18 ildir ki birlikdədirlər və 2000-ci ildə Kolumbiyanın ilk eynicinsli kişi cütlüyü olublar. 2016-cı ildə Kolumbiyanın konstitusiya məhkəməsi eynicinsli nikahları qanuniləşdirib.

Birlikdə olduqları 18 ilin 8 ilində onlar Alex Esneider Zabala ilə sıx ünsiyyət quraraq "poliamorik" ailə qurublar. 4 il sonra Victor Hugo Prada onlara qoşularaq dördlük yaradıb.

Dördlük birliklərini qeyd etməyi planlaşdırsa da, 3 il əvvəl Zabalanın qarın xərçəngindən ölümü bu planları alt-üst edib.

Bundan sonra üçlük birliklərinin rəsmiləşdirilməsinə səy göstərmək istəyiblər. 17 il əvvəl Rodriguez və Bermudez-in eynicinsli cütlüyünü qanuniləşdirən sənədi hazırlayan Rincon-Perfetti bu məsələdə də onlara kömək etmək qərarına gəlib.

O, bundan başqa dünyada 3 kişi arasında birliyə qanuni qüvvə verən bir qərar barədə məlumatı olmadığını deyib.

"Çox sayda üçlüklər var, lakin onların çoxu gizlidir", Rincon-Perfetti deyib. O, Prada, Bermudez və Rodriguez üçlüyünün diqqət mərkəzinə dönməsinin digərlərini məlumatlandıraraq üçlüklərinin qanuniləşdirilməsini təqib etməyə ilhamlandıracağını düşünür.

Kolumbiyanın konstitusiya məhkəməsi eynicinsli cütlükləri 2016-cı ildə qanuniləşdirib və 2015-ci ildə eynicinsli cütlüklərə uşaqlığa uşaq almaq hüququnu verib.

Buna qarşı çıxan olubmu?

Lakin bu addımlar ölkədəki mühafizəkar qüvvələrin qəzəbinə səbəb olub. Mühafizəkarların bir qismi bu il eynicinsli nikahları qanuniləşdirən qərar üzrə referendumun keçirilməsinə cəhd ediblər.

Digərləri üçlüyü qanuniləşdirən notariusun cəzalandırılmasını tələb ediblər.

Lakin üçlük və onların vəkili onların birliyinin "məhvedilməz" olduğunu deyirlər.

Son 18 il ərzində Bermudez və Rodriguez çütlüklərini dəfələrlə mərasimlərlə qeyd ediblər. Lakin Pradanın üçlüyü onun ilk qurduğu ailədir və o, bunu böyük mərasimlə qeyd etmək istəyir.

O, bir qadın keşişin rəhbərliyi ilə keçirilən mərasimi planlaşdırır.

O, mərasimdə su, yer və alovu təmsil edən 3 rəqqas qruplarının 3 kişini bir-birilərinə verməsini nəzərdən tutub. Havanı təmsil edən 4-cü rəqqaslar qrupu üçlüyün vəfat etmiş partnyorları Zabalanın yerini alacaq.

Əlaqəli mövzular

Bu barədə daha geniş