Meksikada insan kəllələrindən tikilmiş 500 yaşlı qüllə tapılıb

Черепа Fotonun müəllifi Reuters
Image caption Kəllə sümükləri 2015-ci ildə yeraltı qatda aşkar edilib

Meksika Milli Antropologiya və Tarix İnstitunun mütəxəssisləri kəllə sümüklərindən ibarət əfsanəvi astek qülləsini aşkar ediblər. Burada həm kişi, həm də qadın kəllələri var.

Kəllələrdən ibarət qala barədə əfsanə meksikalıları məskunlaşmadan əsrlər sonrası da vahimələndirirdi.

Lakin iki illik ağır təhqiqatdan sonra, yalnız indi antropoloqlar bu qüllənin mövcudluğunu təsdiq edə biliblər.

Rəvayətlərə və yazılı tarixi məlumatlara görə asteklər qüllələri məğlub edilmiş düşmənin həlak olmuş döyüşçülərinin kəllələrindən tikirmişlər. Lakin alimlər burada təkcə gənc kişi kəllələrinin deyil, uşaq və qadın kəllələrinin də olmasından təəccübləniblər.

"Biz gözləyirdik ki, burada gənc kişilərin qalıqlarını aşkar edəcəyik. Axı qadınlıar və uşaqlar döyüşçü olmurlar. Bizim belə bir məlumatımız yox idi. Bu, ilk belə tapıntıdır" - deyib Reuters agentliyinə bioloq və antropoloq Rodriqo Bolanyos.

Onun Milli Antropologiya və Tarix İnstitutundakı həmkarı Lorena Vaskes deyir ki, qədim Templo Mayor məbədinin yaxınlığındakı silindrik tikilidə 676 insan kəlləsi aşkar olunub. Templo Mayor həm də asteklərin baş allahının şərəfinə tikilmiş Uitsilopoçtli ehramı kimi tanınır.

Fotonun müəllifi Reuters
Image caption Kəllə sümükləri ilə iş ləng gedir, çünki bu iş böyük ehtiyat tələb edir

Lakin mütəxəssislər məbədin bünövrəsini hələ qazmayıblar. Orada başqa məzarlıqlar da ola bilər.

Konkistador Andreas de la Tapiyanın təsvirinə görə kəllələrdən ibarət sütünün hündürlüyü 60 metrə çata bilərdi.

De la Taliyanın dediyinə görə bu sütun ehramın əlavə tikililərindən birində yerləşirdi. Sütun - dayaqları olan divar və ya asteklər üçün xarakterik kəllə stendi şəklində ola bilərdi.

Ernan Kortesin başçılığı altında konkistadorlar indiki Meksikanın şərq sahillərinə 1519-cu ildə çıxıblar.

İki il sonra onlar indiki Mexiko və ya o vaxtlar astek imperiyasının paytaxtı Tenoçtitlan şəhərini ələ keçirərək ölkənin məskunlaşdırılmasına başlayıblar.

Fotonun müəllifi Reuters
Image caption Arxeoloqlar əmindirlər ki, Uitsilopoçtli ehramının bünövrəsində çox sayda məzarlar var

Əlaqəli mövzular

Bu barədə daha geniş